Xankəndidə polis şagirdlərlə görüşdü - FOTO

Fevralın 7-də Xankəndi Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhərdə yerləşən Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.
"Sağlam gələcək naminə narkomaniyaya yox deyək!", “Erkən nikahın fəsadları”, “Dini radikalizmlə mübarizə”, “Tütün məmulatlarının sağlamlığa zərəri” və DİN-in Polis Akademiyasında təhsilə təşviq mövzularında keçirilən tədbirdə digər dövlət orqanlarının nümayəndələri, orta məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak edib.
Görüşdə çıxış edən Xankəndi Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Zaur Nəsirov* narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun yaratdığı təhlükələr, məhvedici təsirləri, eləcə də bu istiqamətdə ölkəmizdə aparılan qətiyyətli mübarizə tədbirlərindən danışıb, erkən nikahın səbəb olduğu problemlər, dini radikalizmin zərərli təsirləri barədə ətraflı məlumat verib. O, şagirdlərə zərərli vərdişlərdən uzaq olmağı, sağlam həyat tərzi sürmələri, güclü iradəyə sahib olub doğru yolu seçmələri, mükəmməl təhsilə yiyələnərək xalqımız, dövlətimiz üçün faydalı fərdlər kimi yetişmələri üçün tövsiyələr verib.
Polis polkovniki Zaur Nəsirov ali təhsil almaq arzusunda olan şagirdlərə Polis Akademiyasına kursant qəbulu qaydaları barədə də ətraflı məlumat verib, orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şəraitdən, Akademiyada ali hüquq təhsili almağın, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlüklərindən danışıb.
Daha sonra mövzularla bağlı suallar cavablandırılıb.
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...












