“Yol hərəkəti qaydalarını yadda saxla və riayət et!” - FOTO

Bu gün tədris ilinin başa çatması ilə bağlı Təhsil Nazirliyi, DİN Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 46 saylı Məkdəbdənkənar Tərbiyə İşi Mərkəzi uşaq avtoşəhərciyində “Yol hərəkəti qaydalarını yadda saxla və riayət et!” devizi altında birgə tədbir keçirdi. Tədbirin keçirilməsində məksəd təhlükəsiz davranış qaydalarını öyrətmək, uşaqların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını nümayiş etdirməkdən ibarət olmuşdur. Tədbirdə Təhsil Nazirliyinin və Baki Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, “Həyata Bağlan” qrupunun təmsilçiləri, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov, Baş DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev, DYP-nin digər əməkdaşları, Baki Şəhər Baş Polis İdarəsinin İçtimai Təhlükəszlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla proflaktik işin təşkili bölməsinin əməkdaşları, Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov, «Jurnalistika və İnkişaf Mərkəzi» İçtimai Birliyinin rəhbəri Elməddin Muradlı, “Digesta” hüqüq firmasının direktoru Ərşad Hüseynov, “Ankara məktəb” məktəb liseyinin, 31 nömrəli məktəbin, 46 saylı Məkdəbdənkənar Tərbiyə İşi Mərkəzinin müəllim, valideyin və 150-dən çox şagirdi iştirak etdilər.
Mərkəzin uşaq avtoşəhərciyi bayraqlar, şüarlar, plakatlar, stendlər, rəsmlər, yol nişanları ilə bəzədilmişdi, xüsusi ayrılmış yerlərdə uşaq yaradıcılğıını əks etdirən müxtəlif nümunələr sərgilənmişdi. Uşaqların yolda təhlükəsizlik qaydaları, yol hərəkəti ilə bağlı maarifləndirilməsi və sürücülərin diqqətinin yolda uşaq təhlikəsizliyi məsələlərinə yönəldilməsi məksədi ilə keçirilən tədbirə qatılan “Yol hərəkəti dərnəyi”nin xüsusi formalar geyinmiş üzvləri interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlar nümayiş etdirdi. Tədbirdə iştirak edən uşaqların bir hissəsi yol hərəkəti ilə bağlı asfalt üzərində rəsmlər çəkdi, bir hissəsi yol hərəkəti qaydalarına düzgün əməl etməklə maşın sürdülər,. Bir hissəsi isə yol hərəkəti qaydaları üçün ayrılmış xüsusi sinifdə məşğələyə cəlb olundu.
Tədbirdə DYP İdarəsinin əməkdaşları çıxış edərək əsas diqqəti təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırmasına yönləndirilməsini tövsiyyə etdi və hamını qanunlara riayət etməyə çağırdı. Tədbirdə çıxış edən digər nümayəndələr də yol hərəkəti qaydalarını məktəb yaşlarından öyrənməyin və buna əməl olunmasının vacib olduğunu vurğuladılar. Bildirildi ki, yol hərəkəti ilə bağlı mütamadi təlimlərin keçirilməsi, yol-nəqliyyat hadisələrinin proflaktikası üzrə məktəb və məktəbəqədər tərbiyə müəsissələrinin müəllimləri arasında maarifləndirici tədbirlərinin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir.
Tədbirin sonunda təşkilatçılar tərəfindən uşaqlara və onların valideyinlərinə balacaların yol hərəkət qaydalarını daha yaxşı qavramasına kömək edəcək yardımçı tədris vasitələri hədiyyə olundu. İl boyu “Uşaqlar və Yol Təhlükəsizliyi Layihəsi”ndə fəal iştirakına görə, fərqlənən uşaqlara 46 saylı Məkdəbdənkənar Tərbiyə İşi Mərkəzinin Diplomları təqdim edildi.
Elmin
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ






























