Yol kəsən maşınlar - VİDEO

Ziya Bünyadov prospektini 20 Yanvar dairəsi ilə birləşdirən Alı Mustafayev küçəsində avtomobillərin park edilməsi tıxac yaradır. ANS-in məlumatına görə, bu yol 3 avtomobilin hərəkəti üçün nəzərdə tutulub. Amma yolun böyük bir hissəsini digər maşınlar park meydançası kimi istifadə edir. Bu da avtomobillərin intensiv hərəkət etdiyi saatlarda yolda hətta körpüyə qədər uzanan və saatlarla davam edən tıxaclara səbəb olur. Elə çəkiliş aparan zaman avtomobillərin yol kənarında park edən sürücülər də gəlib toplaşdı. Məlum oldu ki, bu maşınlar Beyləqan Füzuli, İmişli, Saatlı, Sabirabad rayonlarına işləyən taksi sürücülərinə məxsusdur. Çörəyimiz taksi fəaliyyətindən çıxır deyən bu şəxslər öz hərəkətlərinə dayanmağa başqa yer olmaması ilə haqq qazandırırlar. Sürücülər deyir ki, əvvəllər dayandığımız bir neçə yerdən uzaqlaşdırıldığımız üçün məcbur olub burada dayanmışıq.
Hər halda görünən odur ki, qanunsuz parketmə heç sürücülərin də ürəyincə deyil. Ona görə də iş qalır aidiyyatı qurumlara. Amma bu sürücülər üçün taksi parkının yaradılması bu gün üçün heç də real görünmür. Real olan hələ bundan sonra uzun müddət yoldan istifadə edənlərin tıxaclarda itirəcəkləri vaxtdır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












