Yol polisi azyaşlı oğlanı vurub öldürdü; günah öləndə oldu

Baş Prokurorluq bəzi KİV-lərdə yer alan “Qan batıran prokuror” başlıqlı məqalədə Lənkəran rayonunun Xarxatan kənd sakini Zəminə Əbilovanın azyaşlı oğlunun avtomobil vurması nəticəsində vəfat etməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin icraatına guya rüşvət müqabilində xitam verilməsinə və prokurorluq əməkdaşları tərəfindən yol verilmiş digər qanunsuzluqlara dair informasiyalara münasibət bildirib. Baş Prokurorluğun mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, həmin informasiyalar həqiqəti əks etdirmir: “Qeyd edilənlərlə bağlı Baş Prokurorluq tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, 18 iyun 2014-cü il tarixdə saat 14 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru Mayəddin Hüseynovun xidmətdən kənar müddətdə idarə etdiyi “Nissan” markalı avtomobillə Lənkəran-Boradigah yolunun Xarxatan kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolun sağ tərəfində dayanmış mikroavtobusun qarşısından yolu qaçaraq keçmək istəyən Z.Əbilovanın azyaşlı oğlunu vurması və rayon mərkəzi xəstəxanasında vəfat etməsi faktına görə həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hadisə yerinə və meyitə baxış keçirilib, hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla hadisənin şahidləri dindirilib, müvafiq ekspertizalar təyin edilərək rəylər alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. İş üzrə dindirilmiş Z.Əbilova, eyni zamanda hadisənin bilavasitə şahidləri olmuş mikroavtobusun sürücüsü və sərnişinləri ifadələrində azyaşlının mikroavtobusdan düşərək yolun soluna tərəf qaçaraq qəflətən M.Hüseynovun idarə etdiyi avtomobilin qarşısına çıxdığını bildiriblər. Bundan başqa, təyin edilmiş məhkəmə-yol-nəqliyyat ekspertizasının rəyində də “Nissan” markalı avtomobilin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olmaması göstərilib və onun hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun tələblərinə uyğunsuzluq müəyyən edilməyib. M.Hüseynovun əməlində cinayət tərkibi olmadığından 25 avqust 2014-cü il tarixli qərarla cinayət işinin icraatına qanuni və əsaslı olaraq xitam verilib.
Göstərilənlərlə yanaşı cinayət işinin istintaqı zamanı, eyni zamanda cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan Z.Əbilova tərəfindən şikayət verilməyib, eləcə də aparılmış araşdırmalarla rayon prokurorluğunun əməkdaşları tərəfindən qanun pozuntusu hallarına yol verilməsi xüsusatları təsdiqini tapmayıb.
Elmin
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...










