Yol polisi Bakıda sərxoş avtobus sürücüsünü yaxaladı

Bakı şəhərində sərnişindaşımada nizam-intizamın yaradılması və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi Nəqliyyat Nazirliyinin əməkdaşları ilə birgə reydlərə başlayıb. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. O bildirib ki, hazırda paytaxtın müxtəlif bölgələrində, metronun "Neftçilər", "Xalqlar Dostluğu", "Nizami Gəncəvi" stansiyalarının yaxınlığında, 20 Yanvar dairəsində, Rəşid Behbudov küçəsində, Azneft dairəsində və digər ərazilərdə Bakı şəhər Dövlət Yol Polisinin bölmə və şöbə əməkdaşlarından ibarət yaradılmış qrup Nəqliyyat Nazirliyinin əməkdaşları ilə birgə reydləri davam etdirir: "Çox təəssüflər olsun ki, keçirilən bu reydlər zamanı hətta avtobusu sərxoş vəziyyətdə idarə edən sürücülərə də rast gəldik. Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən bir sürücü aşkarlanıb. Yenə də həmişəki kimi avtobus dayanacaqlarını qeyri-qanuni zəbt edən 100-ə yaxın taksi sürücüsünə, yolların hərəkət hissəsində ikinci cərgədə, avtobus dayanacaqlarından kənarda avtobusların dayanmasına şərait yaradan 30-a yaxın sürücüyə inzibati protokol yazılıb".
Onun sözlərinə görə, reydlər zamanı məlum olub ki, avtobuslara məxsus qeydiyyat şəhadətnamələrinin olmaması halları həddindən artıq çoxdur: "Hazırda müxtəlif səbəblərə görə 45 avtobus yol hərəkətindən kənarlaşdırılıb, müvəqqəti cərimə meydançasına aparılıb. Tədbirlər davam etdirilir. Təəssüflər olsun ki, sərnişinlər reyd keçirən əməkdaşlara maneələr törədir, yəni təzyiqlər, narazılıqlar və s. olur ki, bu da yolverilməzdr".
Qeyd edək ki, son günlər marşrut avtobuslarının iştirakı ilə baş verən yol qəzalarının sayı artıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












