Yol polisi bu dəfə yük maşınlarını cərimə meydançasına apardı - FOTOLAR

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücüləri arasında təbliğat işinin gücləndirilməsi, nizam-intizamın yüksəldilməsi, yükdaşıma qaydalarını pozanların aşkarlanması məqsədilə kütləvi reyd keçirib. Paytaxtın yenicə istifadəyə verilən Ziya Bünyadov prospektində onlarla yol polisinin iştirakı ilə baş tutan reyd zamanı 40-dan artıq yük avtomobili saxlanılıb. Onlardan 30-də müxtəlif qanun pozuntuları aşkarlandığı üçün inzibati protokol yazılıb.
Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, 6 yük avtomobili yol hərəkətindən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb. Bundan əlavə, təhlükəli yük daşıyan 2 avtomobil də cərimə meydançasına salınıb. Çünki həmin avtomobillərin yol xəritəsi mövcud olmayıb. Vaxtı bitmiş buraxılış vərəqəsindən istifadə edən sürücülər də aşkarlanıb ki, onların barəsində də müvafiq tədbirlər görülüb.
Vaqif Əsədovun sözlərinə görə, tikinti materialları daşıyan yük avtomobillərinin sürücüləri daha çox qayda pozuntusuna yol verirlər: «Daşıdıqları yükü müvafiq qaydada qablaşdırmırlar. Bu da yükün ətrafa səpələnməsinə səbəb olur. Həmçinin, ekologiyaya ziyan vurur və digər hərəkət iştirakçılarına problem yaranır. Bu cür təhlükəli əməllərə yol verən sürücülərə qarşı tədbirlər davam olacaq».
DYP rəsmisi əlavə edib ki, yükdaşıma ilə məşğul olanların hərəkətinə şəhər daxilində yalnız axşam saat 20:00-dan, səhər saat 08:00-dək icazə verilir. Bu isə yük maşınlarının hərəkəti üçün icazə verilən marşrut üzrə baş tuta bilər. Hüquqi və fiziki şəxslər hansısa iş görürlərsə, avtomobillərdə buraxılış vərəqəsi olmalıdır. Buraxılış vərəqələrində tarix və marşrut dəqiq göstərilməlidir. Bundan kənara çıxmaq olmaz. Yükdaşıma ilə məşğul sürücülər öz hüquq və vəzifələrini daha yaxşı bilirlər. Sadəcə olaraq, məsuliyyətsizlik edərək buraxılış vərəqəsi almırlar, hərəkət xəritəsi ilə təmin olunmaq istəmirlər. Mental xüsusiyyətlərə uyğun olaraq, bəhanələrlə məsuliyyətdən yayınmaq istəsələr də, cəhdləri baş tutmur».
Qeyd edək ki, reyd zamanı təhlükəli yük daşıyan avtomobilin sürücüsü ümumiyyətlə, hərəkət xəritəsindən, buraxılış vərəqəsindən xəbərsiz olduğunu bildirdi. «QAZ-31» markalı minik avtomobili ilə armatur daşıyan sürücüyə də cərimə yazıldı. Çünki minik maşınında yük daşımaqla yanaşı, konstruksiya dəyişikliyi də etmişdi.
Elməddin
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...





































