Yol polisi cəbhə bölgəsində hərəkətə keçdi - VİDEO

Baş verəcək qəzaların qarşısını almaq üçün Dövlət Yol Polisi də ehtiyat tədbirləri görür. Bərdə və Tərtərdə yol hərəkəti qaydalarına məhəl qoymayanlar onların radarına düşüb. Bərdə və Tərtər rayonları ərazisində aparılan reydlərin əsas məqsədi sürücülük hüququ olmayan və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edənlərlə mübarizə aparmaqdı. Sürücü və sərnişinlərin təhlükəsizliyinə hesablanmış reyd zamanı 14 nəfər avtomobili sürücülük hüququ olmadan idarə edən şəxs aşkarlandı. Həmin sürücülər barəsində akt tərtib edilərək avtomobilləri cərimə meydançasına aparıldı. Sənədsiz nəqliyyat vasitəsi idarə edənlər özünəməxsus bəhanələr gətirdi.
Sürücü Taleh Balacayev: "Evimiz bura yaxındı deyə, sənəd götürmədik, uzaq getmirdik".
Əmrə tabe olmayan sərxoş sürücüyə isə polis əməkdaşları güc tətbiq etmək məcburiyyətində qalaraq polis avtomobilinə əyləşdirdi.
Polisin saxla əmrinə tabe olmayıb qaçmağa çalışanlar da az deyildi. Bərdə Rayon Dövlət Yol Polisi Bölməsindən əldə etdiyimiz məlumata görə, reyd zamanı 70-dən çox avtonəqliyyat vasitəsi saxlanılıb.
“Bir saat davam edən reyd zamanı 7 sərxoş sürücü saxlanılıb. Bundan başqa sürücülük hüququ olmadan avtoxuliqanlıq edən sürücülər tərəfimizdən aşkarlandı. Həmin avtomobilləri idarə edən sürücülər barədə akt tərtib olunub barələrində qanuni tədbilər görüləcək”, - deyə Bərdə yol polisi bölməsinin rəisi Cəmil Mirzəyev bildirib. Belə reydlərin davamlı keçirilməsi planlaşdırılır.
ANS
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...










