Banner

Yol polisi əməkdaşları qaydaları belə pozur - FOTOFAKT

Yol polisi 10 Fevral 2015 02:20 Oxunub 3808
Yol polisi əməkdaşları qaydaları belə pozur - FOTOFAKT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sumqayıtda DYP əməkdaşları sürücüləri hara gəldi saxlayır və əziyyət çəkib maşından yerə düşmürlər

Qanun hamı üçün qanundur, o cümlədən yol hərəkəti haqqında qanunlar da. Təəssüf ki, Sumqayıtda bu qaydaları kobud surətdə pozan fərdi və ictimai nəqliyyat sürücülərinə mütəmadi rast gəlirik. Amma acınacaqlı haldır ki, bəzən yol polisləri də onlardan geri qalmayıb yol hərəkəti qaydalarına məhəl qoymayaraq onları kobud şəkildə pozurlar. Avtosfer.az xəbər verir ki, xeberle.com-un əməkdaşları sutkanın müxtəlif vaxtlarında – gecə və gündüz olmaqla 2 yol polisi avtomobilinin yol hərəkəti qaydalarını kobud sürətdə pozduğu anları görüntüləyə bilib.

Aşağıda - sutkanın gündüz vaxtı çəkilən fotolardan gördüyünüz kimi, 10 YP 600 dövlət nömrə nişanlı yol polisi avtomobilini idarə edən yol polislərimiz Heydər Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində, avtomobillərin hərəkət istiqamətini tutaraq onlara mane olan vəziyyətdə dayanıblar və üstəlik sürücülərlə aynalar arasından söhbətləşirlər. Onlarla 7-8 metr aralıdakı piyada keçidindən istifadə etməyərək yol hərəkət qaydalarını pozan piyadalar arasında heç bir fərq yoxdur. Sən demə bu, Sumqayıt DYP-sinin komandirinin avtomobili imiş.

Sutkanın gecə saatlarında çəkilən fotolardan isə görünür ki, 10 YP 962 dövlət nömrə nişanlı avtomobili idarə edən yol polisləri Heydər Əliyev parkının giriş hissəsinin yanında, Sərvər Bədəlbəyli küçəsi ilə Zülfü Hacıyev küçələrinin tam kəsişməsində - özü də işıqfor olan döngədə yolun hərəkət istiqamətini tutaraq dayanıblar və yenə də hansısa cərimə edəcəkləri sürücü ilə söhbətləşirlər. Sanki özlərindən o qədər əmindirlər ki, avtomobillərini heç yolun kənarına da çəkməyiblər.

Avtosfer.az-ın məlumatına görə, «Yol patrul xidməti haqqında» təlimatda və Yol hərəkəti haqqında» qanununda açıq-aydın yazılır ki, yol polisi əməkdaşı qayda pozan sürücünü təhlükəsizlik qaydalarına əməl etməklə, təhlükəsiz yerdə saxlamalı, özləri də hərəkətə maneə yaratmadan təhlükəsiz yerdə dayanmalıdırlar. Bundan əlavə, yol polisi əməkdaşı sürücünü saxladıqda maşından düşüb sürücüyə yaxınlaşmalı, özünü aydın şəkildə təqdim etməli, etik qaydalara riayət etməklə ona törətdiyi qayda pozuntusunu bildirməlidir. Bu fotolardan isə görünür ki, yol polisləri yolun ortasında dayanıb təhlükəli vəziyyət yaratmaqla yanaşı, heç əziyyət çəkib maşından düşməyi də özlərinə rəva bilmirlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh