Yol polisi gizli radar quran bu şəxsi müdafiə etdi: «Qanunidir» - VİDEO

«Sürət həddini aşanlar daha çox üçayaqlı radarlardan qorxub çəkinirlər»
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir neçə gündür sosial şəbəkələrdə müzakirə olunan gizlin radar məsələsinə aydınlıq gətirib. Yayılan xəbərlərdə bildirilir ki, sürücülərə görə, bu, qanunsuz fəaliyyətdir. Ucar rayonunda çəkilmiş növbəti görüntüdən isə belə məlum olur ki, səyyar üçayaqlı radarı istifadə edən şəxsin şəxsiyyət vəsiqəsindən başqa DYP əməkdaşı olduğunu sübut edən bir sənədi yoxdur.
Avtosfer.az xəbər verir ki. görüntülərdə radarla çəkiliş aparan şəxslə mübahisə edənlərin nazirliklərdən birinin əməkdaşları olduğu bildirilir. Onların yanında özünü jurnalist kimi təqdim edən şəxs də var.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev isə bildirib ki, DYP avtomobillərində quraşdırılmış və səyyar üçayaqlı radarların hamısı qanuni fəaliyyət göstərir, onlar birbaşa Dövlət Yol Polisinin Mərkəzi Məlumat Sisteminə inteqrasiya olunub: «Həmin videoda əks olunan şəxs Dövlət Yol Polisinin əməkdaşıdır. Onun yaxasındakı isə şəxsiyyət vəsiqəsi yox, yol polisi tərəfindən ona verilmiş vəsiqədir. Həmin əməkdaş sadəcə, orada özünü itirib düzgün təqdim etmir. Bu gün yol polisi sıralarında mülkü şəxslər də çalışır. Konkret bu videodakı şəxsi ora ona görə qoyublar ki, radara nəzarət etsin. Onun başqa bir funksiyası yoxdur. Həmin şəxs kimisə saxlamır, kiməsə cərimə yazmır. Həmin şəxsin nəzarət etdiyi radarın çəkdiyi görüntülər qarşıdakı stasionar posta ötürülmür. Çünki postda da sürət rejiminin pozulmasına görə heç bir sürücünü saxlamırlar. Sadəcə olaraq, həmin radarların çəkdiyi görüntülər dərhal Mərkəzi Məlumat Sisteminə göndərilir. Burada da elektron protokol tərtib edib qayda pozan sürücünün ünvanına göndərirlər. Məsələn, bu videoda vətəndaşlardan biri deyir ki, sənə görə 136 manat cərimə ödəmişəm. Deməli, həmin şəxs sürət həddini 40-60 km aşıb və 150 manat cərimə olunub. Bu cərimə də onun ünvanına göndərilib. Yəni, burada qanunsuz heç nə yoxdur. Əgər sürücülər iddia edirlərsə ki, həmin radarın olduğu yerdə müvafiq yol nişanı qoyulmayıb, xəbərlarlıq edilməyib, o zaman bizə müraciət etsinlər və araşdıraq. Çünki hansı radar qayda pozuntusunu çəkib sistemə göndərirsə, orada həmin radarın olduğu ünvan da qeyd edilir. Yəni, GPS sistemi ilə hər şeyi görə bilirik. Kiminsə şikayəti varsa, müraciət etsin, araşdıraq».
Kamran Əliyev onu da əlavə edib ki, stasionar radarlardan ən çox şikayət edənlər daha çox qayda pozan sürücülərdir: «Çünki onlar öyrəniblər ki, daimi radarlar haradadır. Orada çatanda sürəti azaldıb keçirlər, sonra isə yenə sürəti artırıb necə gəldi sürürlər. İntizamsız, sürət həddini aşan sürücülərin ən çox qorxub çəkindiyi məhz bu üçayaqlı radarlardır».
Elməddin
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO
Bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə - DYP-dən XƏBƏRDARLIQ - VİDEO












