«Yol polisi günahımı sübut etmədən 45 manat cərimə istəyir»

Yol polisi 16 Sentyabr 2014 14:02 Oxunub 7084
«Yol polisi günahımı sübut etmədən 45 manat cərimə istəyir»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fərid Bayramov: «Mənə deyirlər ki, gəl protokol yazaq, get ödə, rahat olsun»

Bakı şəhəri, Qaradağ rayon sakini Bayramov Fərid Eldar Ağlu Avtosfer.az saytına yol polisinin fəaliyyəti ilə bağlı müraciət edib. O, biddirir ki, iyulun 7-də Quba rayonundan Bakıya gələrkən yol polisi əməkdaşları onu saxlayıb və piyadaya yol verməməklə bağlı protokol tərtib ediblər: «Qəbrstanlıq tərəfdə piyada keçidi var (nizamlanmayan) gördüm ki, piyada zolağa daxil olub yolu keçir, surəti aşağı saldim tamam və qəza işıqlarını yandırdim ki, arxadan gələn maşınlar bilsin. Piyada yolu keçib gedəndən sonra mən sürdüm. Elə bu vaxt mən artıq xəttin üstəndə olanda, yəni, artıq zolağa daxil olanda yan tərəfdən bir piyada yola girdi. Ehtiyat üçün sükanı yenə sola tərəf döndərib keçdim. Çünki orada başqa edəsi heç nə yox idi. Ya gərək xəttin üstündə dayanıb maşını geriyə sürüm, ya da kecib gedim. Mən süren kimi qarşıdakı «BMW»-də əyləşən yol polisləri saxladı. İnspektor mənə bildirdi ki, piyadanın birinə qəza işığını yandırıb yol verdin, amma o birinə yox. Mən də izah elədim ki, əgər mən yol verməyən idimsə heç o birinciyə də yol verməzdim, yanından keçib gedərdim. Amma mən gözlədim, o keçdi qutardı, sonra sürdüm. Axırda polis protokol yazdı. Mən də protokolda qeyd etdim ki, razi deyiləm. Onlar da dedi ki, onda sənə zəng olunacaq və DYP-də sənin öz iştirakınla kamera görüntülərinə baxılacaq. Ondan sonra qərar qüvvəyə minəcək».

Sürücü bildirir ki, üstündən iki ay keçəndən sonra ötən həftənin şənbə günü ona məktub gəlib və Qardağ rayon Dövlət Yol Polisinə Şöbəsinə dəvət olunub: «Bildirişdə yazılıb ki, DYP-də birlikdə görüntüyə baxılıb sübuta yetiriləcək. Mən də bu gün getdim. Amma məlum oldu ki, nə video materal var, nə də foto. Sadəcə protocol var. Orada rəislə görüşdüm, bildirdi ki, gəl, protokolu yazaq, sənə də rahat olsun, 3 gün ərzində 45 manat ödəyərsən. Mən də dedim, xeyr, razı deyiləm, istəyirəm ki, əvvəlcə törətdiyim xəta sübut olunsun. Rəis də cavabında bildirdi ki, onda biz səni yenə çağıracağıq. Amma bir şey var ki, sənin xətan sübut olunsa protokul yazıldığı gündən qüvvəyə minəcək, sən isə dəbbə pulunu da ödəməli olacaqsan. Yəni, onun dediyindən belə çıxdı ki, mən iki aylıq faiz də ödəməli olacam».

Yol hərəkəti üzrə ekspet Ərşad Hüseynov sürücünün Avtosfer.az-a etdiyi müraciətlə bağlı bildirib ki, qanunun tələbinə əsasən Fərid Bayramovun şikayətinə onun iştirakı ilə baxılmalı idi: «Əgər qayda pozuntusu sübut olunsa, cərimə barədə qərar çıxarılmalıydı, əksinə, qayda pozuntusu yoxdursa, icraata xitam verilməlidir. Özü də qərar çıxarsa, geriyə qüvvədən söhbət gedə bilməz və hər hansı peniya-filan mümkün deyil. Qərar vətandaşa təqdim edildikdən sonra qüvvəyə minir».

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Farid 10 Noyabr 2014 22:55
Qardash ozbashnaliqdi temiz 102-yede yigdim shikayetimi goturduler ve dediler ki DYP-nin qaynar xettine 902-yede yig shikayeti bildir dedim onnara yigmagin hech xeyri yoxdu bir shey ki oda oz kollegasinin dediyini tesdiq etdi hemen gun kibeli duz deyir siz debbe pulu da odemeli olassiz sorushdum ki hansi maddede qanunda yazilib o deyir qanunda yazilmayib dedim onda demeli qeyri qanuni deyirsiz siz onu eshhi
Tagi 10 Noyabr 2014 22:55
cox haqqsizliq edirler esasda bu madde 151.2 3 balda yazir dayi basqa mecelle yoxdur hami kemer taaxir atovun olum xabaride gelse telefonu goturmur surucu ve hec yerde saxlamir dayanaqa aparat qoydular dayi gelib apara bilmirler birde bunlarin elinde bu 151.2 qalib onuda tetbiq edtirle 3 balda yazirlar... imam Əlidən soruşurlar ya Əmirəl möminin kimdəm qorxursan Aga buyurur 2 varligdan Birincisi ALƏMLERİN REBBİ OLAN ALLAHDAN ikincisi Allahsiz bendələrdən! insafziq ele Allahsizliqdi