Yol polisi ilə əlbəyaxa dava: «Səni soyundurub şəklini çəkərəm» - FOTO

Bu gün saat 19:30 radələrində Bakının Neftçilər prospekti, 43 ünvanında yol polisləri ilə sürücü və sərnişin arasında mübahisə yaşanıb. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, yol polisi əməkdaşları «KİA» markalı avtomobili əvvəlcə Zərifə Əliyeva küçəsində saxlayıblar. Burada avtomobildə olan sərnişinlə yol polisləri arasında mübahisə yaranıb. İdmançı cüssəli gənc yol polislərini təhqir edib. Sonra avtomobil hərəkəti davam etdirib. Onlar Dövlət Musiqili Teatrının yanından Neftçilər prospektinə çıxarkən yol polisi əməkdaşlarından biri həmin avtomobildə olanlara irad bildirib. Bundan hiddətlənən «KİA»nın sərnişini maşından düşərək yol polisini təhqir etməyə başlayıb. Sürücü isə avtomobili Neftçilər prospektində hərəkətin əksinə saxlayaraq yolu bağlayıb. Yol polisi dəfələrlə maşını yoldan çəkməsi barədə sürücüyə xəbərlıq etsə də, qarşı tərəf buna əhəmiyyət verməyib. «KİA»-nın sərnişini isə yol polisinə hücum çəkərək «bayaq sənin cavabını verdim, indi nə danışırsan arxamızca» deyərək onu itələməyə başlayıb. Hadisə yerinə bir neçə YPX avtomobili və polis əməkdaşları gəlib.
Yol polisi əməkdaşı «KİA»nın şəklini çəkib cərimə yazacağını dedikdə isə sərnişin onu ağır söyüşlərlə təhqir edib: «Maşının şəklini çəksən, mən də səni soyundurub küçədə lüt şəklini çəkərəm».
Bundan sonra yol polisləri ilə «KİA»nın sərnişini və sürücüsü arasında əlbəyaxa dava başlayıb. Hadisə yerində 10-a yaxın polis əməkdaşı olmasına baxmayaraq «KİA»-nın sərnişini onları söyüb təşqir etməkdən çəkinməyib. Ara sakitləşəndən sonra isə fotolardan da göründüyü kimi, tərəflər kənara çəkilərək öz aralarında müzakirəyə başlayıblar. Sürücü isə maşını kənara çəkərək yolu açıb. Davanın axırı sülhlə başa çatıb.
Həmin hadisənin fotolarını təqdim edirik:
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














