Yol polisi ilə sürücünün əlbəyaxa VİDEOsu yayıldı: «SƏNİ SÜRÜNDÜRƏCƏM»

Dövlət yol polisi əməkdaşı ilə sürücü arasında yaranmış gərgin mübahisənin videosu yayılıb. Hadisənin Sumqayıt şəhərində baş verdiyi ehtimal olunur. Avtosfer.az-ın verdiyi məlumata görə, video Youtube sosial şəbəkəsinə Səfər Səfərov adlı şəxs tərəfindən yerləşdirilib. Kadrlardan görünür ki, hadisə bu il iyunun 15-də səhər saatlarında baş verib. Polis baş serjantı olan DYP əməkdaşı orta yaşlı sürücüyə «saxla» əmri verir. Sürücü maşını saxlayır. DYP əməkdaşı ona yaxınlaşaraq özünü «DYP inspektoru Məmmədov» kimi təqdim edir. O, sürücüyə qayda pozduğunu bildirir. Sürücü isə «nə qaydası» deyə sual verdikdə, DYP inspektoru «Stop qaydası» deyə, cavab verir. Bu, bir qədər düzgün deyil. Çünki qanunvericilikdə «stop qaydası» deyilən hansısa qayda pozuntusu yoxdur. Qanuna görə, YPX inspektoru sürücünü saxlatdırıb sənədləri tələb edərkən ona pozduğu qaydana tam izah etməlidir. Amma bu kadrlarda yol polisi inspektorunun bir qədər kobud davranışı da diqqətdən qaçmır. Əslində, deyəsən, bu videonu sosial şəbəkələrdə yayan şəxsin də məqsədi odur ki, DYP əməkdaşının kobud davranışını nümayiş etdirsin. Amma videoya axıra kimi baxdıqda məlum olur ki, sürücü yol polisi inspektorundan da kobuddur və hətta polisə müqavimət göstərir. Sürücü özünü Oqtay Səfərov kimi təqdim edir.
Maraqlıdır ki, sürücü ilə yol polisinin əlbəyaxa mübahisəsi sənəd məsələsi üstündə yaranır. Belə ki, DYP əməkdaşı israrla sənəd tələb edir. Hətta öz sənədlərini də çıxarıb sürücüyə göstərir. Lakin sürücü yenə də sənədlərini polisə vermir. Əlində tutub uzaqdan nümayiş etdirərkən isə YPX əməkdaşı qəflətən sənədləri sürücünün əlindən alır. Elə əlbəyaxa mübahisə də bundan sonra baş verir. Sənədləri yol polisindən almağa çalışan sürücü onu qucaqlayaraq «sənədəmi ver» deyə-deyə, polisi maşına sıxır. Sonra bir-birlərini itələyib qarşılıqlı ittihamlar səsləndirirlər. Sürücü sənədini istəyir, yol polisi isə «gör sənin başına nə oyun açacam, mənə əl atırsan, dizini yerə qoyacam, səni süründürəcəm» deyərək, sürücünün əlindən çıxmağa çalışır. Vəziyyətin qəlizləşdiyini görən DYP əməkdaşı qəflətən geri çevrilərək sürücünün maşınına minir. Çox güman ki, ya maşının açarını götürür, ya da kameranı söndürməyə çalışır…
Bütün hallarda, bu mənzərə ölkəmizdə DYP-sürücü münasibətlərinin hələ də bərbad halda olduğunu göstərir. Videodan belə aydın olur ki, sürücüdə DYP-yə qarşı inam yoxdur, DYP-də də sürücüyə. Elə bunun nəticəsidir ki, sənədləri bir-birinə uzaqdan göstərirlər. Çox güman ki, DİN rəhbərliyi bu kadrlara görə hər iki tərəfin cəzasını hüquqi müstəvidə verəcək...
Elməddin Muradlı
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...












