Banner

Yol polisi ksenon lapma taxan sürücüləri cəzalandıracaq

Yol polisi 25 Dekabr 2014 15:42 Oxunub 9638
Yol polisi ksenon lapma taxan sürücüləri cəzalandıracaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: «Ksenon lampalar yalnız istehsalçı zavodun təyin etdiyi kimi olmalıdır, əks halda cəzalandırılacaqlar»

Gecə vaxtı baş verən yol qəzalarına daha bir səbəb maşınlarda quraşdırılan və standartın tələblərinə cavab verməyən ksenon lampalardır. Bu cür lapmalar yolların zəif işıqlandırıldığı yerlərdə sürücülər və eyni zamanda piyadalar üçün böyük təhlükə deməkdir. Bununla bağlı “Üç nöqtə”yə açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, yol qəza hadisələri əsasən günün qaranlıq vaxtlarında baş verir və əsas səbəb də qaranlıqda işıqlanmayan ərazilərdə ksenon lampalardan düzgün istifadə edilməməsidir: «DYP-nin növbətçi hissəsinə daxil olmuş ərizə, şikayət və təklifləri araşdırdıqda məlum olur ki, standartın tələbinə uyğun olayan, Çin istehsalı və istehsalçı zavodun müəyyən etmədiyi ksenon lampaların avtomobillərə quraşdırılması ciddi narahatçılıq doğurur. Bu işıqlar həm piyadaların, həm də sürücülərin görməsini məhdudlaşdırır, gözlərini qamaşdırır».

V.Əsədovun sözlərinə görə, standartlara cavab verməyən ksenon lampalar avtomobilin alışıb yanmasına da gətirib çıxarır: «İlin əvvəlindən bu günə qədər baş verən yol-nəqliyyat hadisələri, eləcə də, 8 avtomobilin yanması ilə nəticələnən hadisənin təhlilinə nəzər saldıqda görürük ki, texniki tələblərə, standartlara cavab verməyən ksenon lampaların avtomobillərə quraşdırılması hətta, avtomobil dayanarkən naqillərin qızmasına, elektrik sistemində nasazlıq yaranmasına gətirib çıxarır. Bu da avtomobilin yanmasına səbəb olur. Ona görə də Dövlət Yol Polisi əhalinin nəzərinə çatdırır ki, avtomobillərə quraşdırılan ksenon lampalar yalnız istehsalçı zavodun təyin etdiyi lampalardan ibarət olmalıdır”.

V.Əsədov onu da qeyd etdi ki, standartın tələblərinə uyğun olmayan ksenon lampaların avtomobillərə quraşdırılması avtomobilin konstruksiyasına edilən dəyişiklik kimi qəbul edilir və belə avtomobillər yol hərəkətində istismar edilə bilməz: “Sürücülərdən xahiş və tələb edirik ki, hər kəs idarə etdiyi avtomobildə istehsalçı zavodun müəyyən etmədiyi lampalara diqqət yetirsin. Texniki tələblərə cavab verməyən ksenon lampaların avtomobillərdə quraşdırılmasının qarşısını alsınlar. Əks halda, yol polisi tərəfindən belə hallar aşkarlanarsa, avtomobil yol hərəkətindən kənarlaşdırılacaq və sürücülər çox ciddi cəzalandırılacaq».

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh