Yol polisi küçədə rəqs etdi - VİDEO

Meksikanin Tixuana şəhərində yol nizamlayan Xose Ruben Eçeveria adlı polis sürücü və piyadalara öz rəqsini nümayiş etdirməklə məşhurdur. ANS-in məlumatına görə, Eçeveria pop musiqinin kralı Maykl Ceksonun “Billie jean” mahnısının klipindən olan rəqsi nümayiş etdirməklə, yol hərəkət qaydasını nizama salır. O, rəqs edə-edə əl hərəkəti ilə maşın sürücülərinə və piyadalara yolu keçmək və ya dayanmaq üçün işarə edir. Eçeverianın sözlərinə görə, o, belə rəqs etməklə tıxacda ilişib qalan avtomobil sürücülərini darıxmağa qoymur və həm də sərnişinlərin stress atmasına kömək edir. Onun fikrincə, rəqs insanların əhvalına yaxşı təsir göstərə bilər. Eçeveria deyib: “Yolu keçməyə hazırlaşan və gözləmə anında duran insanları görmüşəm. Rəqsi görəndən sonra onlar yolu hirsli sima ilə yox, gülərək keçirlər”. Lakin Eçeveria ehtiyatı da əldən buraxmalı deyil. Çünki onun unikal rəqsi insanların diqqətini yayındıra bilər.
Onu da deyək ki, şəkil çəkdirmək üçün hər gün onlarla insan rəqs edən polis zabitinə yaxınlaşır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












