Yol polisi maşını ilə minik maşını ilə toqquşdu; 5 yaralı

İsmayıllı rayonunda ikisi yol polisi əməkdaşı olmaqla, beş nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün saat 13:30 radələrində Muğanlı-İsmayıllı yolunun 21-ci kilometrliyində, İsmayıllının Basqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “KİA Sorento” markalı minik avtomobili qarşı tərəfdən gələn, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayına məxsus 10-YP-795 dövlət nömrə nişanlı «BMW» markalı minik maşını ilə toqquşub. Hadisə zamanı «BMW» avtomobilində olan yol polisi əməkdaşları-Göyçay rayon sakinləri - 1967-ci il təvəllüdlü Mahmud Musayev və 1987-ci il təvəllüdlü Vüsal Bialıyev, eləcə də “KİA Sorento” markalı minik maşınında olan Masallı rayon sakinləri - 1991-ci il təvəllüdlü Eldar Əbülfəzli, 1991-ci il təvəllüdlü Məhəmməd Hüseynli və Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Hüseyn Hüseynli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib. Xəsarət alanlardan ikisi daha sonra müalicə üçün Bakıya göndərilib.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












