Banner

Yol polisi nömrəsiz maşınlara göz yumur - FOTOLAR

Yol polisi 28 Avqust 2014 00:11 Oxunub 3863
Yol polisi nömrəsiz maşınlara göz yumur - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
ƏRŞAD HÜSEYNOV: «YAXŞI OLAR Kİ, AVTOMOBİL VƏTƏNDAŞA VERİLƏNDƏ ONA ƏN AZINDAN TRANZİT NÖMRƏ DƏ VERİLSİN»

 

 

ELMAN BABAYEV: «NAZİRLİK VƏTƏNDAŞLARA AVTOMOBİL VERƏRKƏN BÜTÜN SƏNƏDLƏRİ DƏ ONLARA TƏQDİM EDİR»

 

Bu ilin əvvəlinədək xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə dayanan Böyük Vətən Müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatı istiqamətində tədbirlər davam etdirilir. İndiyədək xüsusi tibbi arayış əsasında növbəyə dayanan əlilliyi olan şəxslərdən 1404 nəfər minik avtomobili ilə təmin edilib. "Naz-Lifan" markalı minik avtomobili alanlar Böyük Vətən müharibəsi, hərbi xidmətdə əlil olan şəxslər, Çernobıl AES əlilləri olub. Əlillərin avtomobillərlə təminatı özlüyündə müsbət addım olsa da, həmin avtomobilləri alanlardan bir çoxu sonradan digər sənədlərin qaydaya salınmasına maraq göstərmirlər. Bu insanlara cəmiyyət və dövlət qurumları tərəfindən böyük etimad və hörmət göstərilsə də, bəzi şəxslər bundan süi-istifadə edirlər. Belə ki, avtomobil dövlət nömrə nişanı olmadan idarə edilir. Bəzən isə dövlət nömrə nişanı alınsa da, avtomobilə vurulmur. Soruşanda da deyirlər ki, belə yaxşıdı, yol polisi onsuz da saxlamır. Bu kimi halların sayı çox olduğundan artıq ciddi narahatçılıq yaradır. Maraqlıdır, əlillərə avtomobil verilərkən dövlət qeydiyyat nişanı ilə təmin edilməsi mümkün olmazdımı? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə bu məsələni birgə həll edə bilməzdimi?

Digər tərəfdən, müharibə əlilləri, Vətən, dövlət qarşısında xidmətləri olan bu insanlar dövlətin onlara verdiyi və dəyəri ən azı 10 min manat olan avtomobilin qarşılığında 50 manat civarında xərc çəkib maşını qeydiyyata saldırmaqla dövlət nömrə nişanı da ala bilməzdilərmi? Görəsən, bu insanlar bu cür kobud qayda pozuntularına yol verərək etdikləri xidməti, dövlətin onlara verdiyi dəyəri nə qədər ucuzlaşdıqlıranın fərqindədirlərmi?

Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov deyir ki, məsələni tənzimləmək olar və lazımdır: «Həmin avtomobillərin sənədləri vətəndaşa verilir və avtomobilə dövlət qenydiyyat nişanı almaq üçün vətəndaş özü Baş Dövlət Yol Polisi İdarəsinə və onun regional bölmələrinə yaxınlaşmalıdır. Həmçinin ölkəyə avtomobil birinci dəfə gətirilirsə və ya mağazalardan alınırsa, ona tranzit nömrə verilir. Tranzit nömrələr isə bütün avtomobil mağazalarında var. Vətəndaş həmin tranzit nömrə ilə qeydiyyat məntəqəsinə getməlidir. Bu halda problem ondan ibarəitdir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əlillərə avtomobilləri və paket halında bütün sənədləri verir. Qalır yalnız, vətəndaş özü gedib avtomobilə dövlət qeydiyyat nişanı alsın. Amma nəzərə alınmalıdır ki, nömrəsiz maşın bir dəqiqə də olsun hərəkətdə olmamalıdır. Yaxşı olar ki, avtomobil vətəndaşa veriləndə ona nazirlik tərəfindən ən azından tranzit nömrə də verilsin. Çünki dövlət tərəfindən pulsuz avtomobil alan bəzi vətəndaşların özləri də bu məsələdən süi-istifadə edirlər. Özləri nömrə almaq üçün getmirlər. Həmçinin, onlar bəzən gedib nömrə və dövlət qeydiyyat şəhadətnaməsi alırlar, amma avtomobilə vurmurlar. Onlar cəmiyyətdəki statuslarından süi-istifadə edirlər. Çünki Dövlət Yol Polisi əməkdaşları da bilirlər ki, bu markalı avtomobilləri idarə edənlər əlillərdir. Onlara güzəşt edilir».

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da problemin mövcudluğunu təsdiqləyir: «Əlillərə verilən avtomobillərin nömrəsiz idarətetmə halları var. Amma mən də hesab edirəm ki, əlillər də onlara verilən bu hədiyyəni qiymətləndirib qanunların tələblərinə uyğun hərəekət etməlidir. Bəzi sürücülər deyir ki, həmin avtomobillərin sənədləri hazır deyil. Əlillərin dövlət nömrə nişanı almaması qanunların pozuntusudur. İdarə edənin kimliyindən asılı olmayaraq hər bir avtomobilin dövlət qeydiyyat nişanı olmalıdır. Və yaxud avtomobillərin tranzit nömrəsi olmalıdır. Amma son dövrlər bu halların sayı bir qədər azılıb. İnanıram ki, bu hal təmamilə aradan qalxacaq».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqlər şöbəsinin rəhbəri Elman Bababyev deyir ki, problem onları da narahat edir: «Bu problem nazirliyə də tanışdır və nəzarətdə saxlanılır. Amma məsələ ondadır ki, nazirlik həmin vətəndaşlara avtomobil verərkən avtomobilə aid bütün sənədləri də təqdim edir. Hər bir vətəndaşa da avtomobilə dövlət qeydiyyat nişanı almaq üçün müvafiq qurumlara müraciət etmələri tövsiyyə edilir. Çünki avtomobilə dövlət qeydiyyat nişanlarının da nazirlik tərəfindən alınması nəzərdə tutulmur». Ucnoqta.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh