Yol polisi ölkə üzrə kütləvi reydlərə başlayıb

Ucarda yol polisi reyd keçirib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, Ucar Rayon Polis Şöbəsinin dövlət yol polisi əməkdaşları tərəfindən keçirilən reyd zamanı yol polisi əməkdaşları tərəfindən 60-a yaxın sürücü saxlanılıb. Onlardan əsasən avtomobilin texniki baxışdan keçirməyən, sürücülük hüququ olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, əlavə avadanlıqlar quraşdıran və polisin qanuni saxla əmrinə tabe olmayan ümumilikdə 30-a yaxın sürücü barədə protokol tərtib edilib.
Ucar rayon yol polisinin rəisi Ruslan İsayev qeyd edib ki, əvvəlki aylara nisbətən budəfəki reyd zamanı qanuni pozan daha az sürücüyə rast gəlinib. Buna da səbəb yol polisi əməkdaşlarının rayon ərazisində mütəmadi olaraq reydlər keçirməsidir. R.İsayev bu cür reydlərin davam etdiriləcəyini qeyd edib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












