Yol polisi olmayanda Bakını bu hala salırlar - VİDEO

İzlədiyiniz bu video avqustun 23-dən 24-nə keçən gecə Bakı şəhərində qeydə alınıb. Avtosfer.az-a oxuculardan biri tərəfindən göndərilən videonu ona görə təqdim edirik ki, Dövlət Yol Polisi harınlamış və insanların həyatına təhlükə yaradan bu iki avtomobili idarə edən sürücüləri tapıb cəzalandırsın. Və bu da digərlərinə dərs olsun. Videonun 00:22-ci saniyəsinə diqqətlə baxın. Yasamal rayonu ərazisində, Şərifzadə küçəsində yolun əks istiqamətinə çıxaraq yüksək sürətlə hərəkət edən «Maserati» və «BMW-X-5» markalı avtomobillər digər nəqliyyat vasitələrinə təhlükə yaradır. ATS-in binasının qarşısı ilə əks istiqamətli yolda hərəkət edən bu avtomobillər bir qədər hərəkət etdikdən sonra svetoforun qırmızı işığından keçərək sağa dönürlər.
Avtomobilinin videoqeydiyyat cihazı vasitəsilə bütün bu prosesi qeydə alınan oxucu videoya maraqlı ad da tapıb; YPX-siz Bakı yolları. Bəli, bu gün doğrudan da yol polisinin olmadığı küçə və yollarda bəzi harın sürücülər «at oynadır». Lakin onlar unutmasınlar ki, bu əməlləri həm Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları, həm də vətəndaş olaraq ictimai borcunu yerənə yetirən insanların mobil telefonları və avtomobildəki videoqeydiyyat cihazları vasitəsilə qeydə alınır. DİN-in kameralarının çəkdiklərinin aqibəti barədə bir söz deyə bilmərik, amma bizə göndərilən hər bir video və fotomaterialla bağlı məlumat veririk. İndi qalır Dövlət Yol Polisinin bu videonu izləyib öz kameraları ilə tutuşdurması və həmin sürücüləri aşkarlamaqla qanunun tələb etdiyi formada tədbir görməsi. Ümid edirik ki, belə də olacaq.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












