Yol polisi: «Piyadaların üzərinə su sıçradan sürücülər cəzalanacaq»

Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar piyadaların üzərinə su sıçradan sürücülərə xəbərdarlıq edib. BDYPİ-nin ictimai əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev oxu.az-a bildirib ki, yağışlı hava şəraiti ilə əlaqədar qəsdən piyadanın üzərinə su sıçradan sürücülər cəzalanacaq. K.Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 155.1.5 maddəsinə əsasən su və ya palçığı yolda piyadaların və nəqliyyat vasitələrinin üzərinə qəsdən sıçradan sürücülər 40 manat cərimə olunur. Şöbə rəisi piyadalara da müraciət edərək bildirib: “Onlar da diqqətli olmalıdır, yollarda harda ki, gölməçə var, piyadalar bir qədər kənarda dayanıb avtomobilin hərəkətinin bitməsini gözləməlidir. Çünki sürücü ola bilər ki, avtomobili 20-30 kms-lə idarə etsin, belə olduğu halda nəqliyyat vasitəsinin təkəri çalaya düşə bilər və bu istər-istəməz su sıçrayışına səbəb ola bilər. O, bunu qəsdən törətmədiyi üçün ona inzibati məsuliyyət nəzərdə tutulmur. Lakin elə sürücülər də var ki, qəsdən gölməçələr olan yerdə avtomobilin alt hissəsinin yuyulması üçün və ya digər məqsədlə nəqliyyat vasitəsini yüksək sürətlə idarə edir və piyadaların, eləcə də digər avtomobillərin üzərinə çirkli su sıçradır”.
Kamran Əliyev qeyd etdi ki, bu cür kobud davranışla üzləşən piyadalar avtomobilin dövlət nişanını, markasını, rəngini, hadisənin harda və nə vaxt baş verdiyi haqda məlumatları əldə edərək polis bölməsinə və “902”-yə müraciət edə bilərlər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












