Yol polisi “protiv” gedir – SÜRƏT 120 - VIDEO

Bakıda Dövlət Yol Polisi əməkdaşının törətdiyi qayda pozuntusu bütün sərhədləri aşıb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, Bakı-Ələt yolunda DYP avtomobili yolun əks istiqamətinə çıxaraq 110 km/saat sürətlə hərəkət edib. DYP avtomobilinin videogörüntülərini sayta oxuculardan biri göndərib. Videodan da aydın görünür ki, DYP avtomobili yolun əks istiqamətində yüksək sürətlə hərəkət edərək böyük təhlükə yaradır. Həmin vaxt qarşı tərəfdən də yüksək sürətlə avtomobillər gəlir. Maşın gedən zaman işıq siqnalları da qoşulmayıb.
Məsələ ilə bağlı Day.Az-ın əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. "Mən həmin video ilə tanış deyiləm. Ola bilər ki, DYP avtomobili hadisə yerinə tələsib. Yol polisi əməkdaşları yol hərəkəti qaydalarından kənara çıxa bilərlər. Qanun onlara icazə verir. Həmin videoya baxmaq lazımdır. Yol polisi inspektoru təhlükəli vəziyyət yarada bilməz! Ancaq DYP maşını əks istiqamətdə gedirsə, təhlükəsizlik məqsədi ilə mayakları yandırmalıdır. Videonu görmədiyim üçün bu barədə bir söz deyə bilmərəm", - Kamran Əliyev deyib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












