Yol polisi qayda pozub kameraya düşdü; qırmızı işıqdan keçir - VİDEO

Sumqayıt şəhərində Yol-Putrul Xidməti (YPX) avtomobilinin sürücüsü kobud qayda pozuntusuna yol verərək başqa sürücülər üçün təhlükə yaradır. Həmin görüntüləri oxuculardan biri Avtosfer.az-a göndərib. Bir neçə gün əvvəl Sumqayıt şəhərinin mərkəzi küçələrindən birində çəkilən videodan aydın olur ki, «BMW» markalı, 10-YP-962 dövlət nömrə nişanlı DYP avtomobili svetoforun qırmızı işığından əvvəlcə dayansa da, sonradan hərəkəti davam etdirir. Bu zaman avtomobili idarə edən YPX əməkdaşı nə sayrışan işıqlardan, nə də xüsusi səs siqnalından istifadə edir. Bu hərəkəti ilə o, başqalarına təhlükə də yaradır.
Bu qayda pozuntusuna görə həmin avtomobili idarə edən YPX inspektoru İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 3 bal və 60 manat və cərimə oluna bilər. Çünki o üstünlük hüququndan istifadə edərkən qaydalara əməl etmir. Bu da imkan verir ki, onu adi sürücülər kimi cərimələsinlər...
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












