Yol polisi rayona gedib-gələn sürücülərə xəbərdarlıq etdi - VİDEO

Dünya Aazərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə rəsmi olaraq 5 gün iş olmayacaq. Bayram tətilini fürsət bilib rayonlara və ya bölgələrdən paytaxta gəlmək istəyən sürücülər bu xəbəri diqqətlə oxusun. Yol polisinin həmin sürücülərə bir sira tövsiyələri var. Qarşıdakı istirahət günlərində rayonlara, eləcə də bölgələrdən paytaxta səyahət edərkən sükan arxasında ehtiyatlı olun! Çünki yollarda avtomobil sıxlığı olacaq. Şəxsi minik avtomobilləri ilə yola çıxanların əksəriyyəti ailələri ilə birlikdə olur. Bunun nəticəsidir ki, tətillərdə qəzalar, o cümlədən ölüm hadisələri digər günlərlə müqayisədə çox olur. Meteoroloqlar tətil günlərində havanın kəskin soyuyacağını, sulu qar və qar yağacağı barədə xəbər veriblər. Sürücülər yola çıxmazdan əvvəl bunu da nəzərə almalı, avtomobilləri üçün lazımi texniki tədbirləri görməlidır. Tətil günlərində yol polisləri bütün yollarda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













