Yol polisi rəisi avtomobilləri haqsız olaraq saxlatdırırmış - DİN

Daxili İşlər Nazirliyi (DİN) Şamaxı rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Mübariz Fətəliyevin işdən çıxarılması barədə bir sıra kütləvi informasiya vasitələrində yayılmış məlumatlara aydınlıq gətirib. Avtosfer.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov Trend-ə bildirib ki, YPB-nin rəisi M.Fətəliyev tabeliyindəki əməkdaşlar üzərində nəzarəti zəiflətdiyinə, əsassız olaraq nəqliyyat vasitələrinin saxlanılması barədə göstəriş verdiyinə, bununla da onların və sərnişinlərin haqlı narazılıqlarına səbəb olduğuna, vətəndaşların qanunla qorunan hüquq və azadlıqlarının təmin olunmasına laqeydlik göstərdiyinə, xidməti vəzifələrinin icrasına səhlənkar yanaşdığına və bu barədə dəfələrlə edilmiş xəbərdarlıqdan nəticə çıxarmadığına, habelə DİO əməkdaşlarının Etik Davranış Kodeksinin, İntizam Nizamnaməsinin və müvafiq Təlimatın ayrı-ayrı maddələrini pozduğuna görə daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
M.Fətəliyev bundan sonra xidmətini digər sahədə davam etdirəcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












