Yol polisi sürücü və valideynlərə müraciət etdi

Sürücülər və azyaşlıların valideynlərin xüsusilə məktəblərin, təhsil müəssisələrinin yaxınlığındakı yollarda maksimum diqqətli olmalı, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməlidirlər. Bunu trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun özlərinə görə, bu ilin 8 ayı ərzində uşaqların iştirakı ilə baş verən qəzalarda ölənlərin sayı 52, yaralananların sayı isə 133 nəfər olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 ölüm və 11 xəsarət faktı azdır. Buna baxmayaraq, hələ də uşaqların iştirakı ilə qəzaların baş verməsi Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyini ciddi narahat edir: “Hazırda respublika ərazisində "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir. Sürücülər xüsusilə məktəblərin, təhsil müəssisələrinin yaxınlığındakı “uşaqlar” nişanı qoyulmuş ərazilərdə diqqətli olmalı, sürət rejiminə fikir verməlidirlər. Sürücülər hər an yolun hərəkət hissəsinə azyaşlı uşaqların çıxa biləcəyini nəzərə alaraq, o ərazidəki hərəkət şəraitinə uyğun sürət seçməlidirlər. Valideynlər də uşaqlarını məktəbə aparıb-gətirərkən yol hərəkəti qaydalarına riayət etməli, xüsusilə yeraltı və yerüstü, nizamlanan və nizamlanmayan piyada keçidlərindən istifadə etməlidirlər”.
K.Əliyev əhaliyə müraciət edərək məktəblərin yaxınlığındakı yollarda və təhlükəli yerlərdə yol nişanları ilə bağlı problemlərin olduğu təqdirdə dərhal məlumat verilməsini xahiş edib: “Bəzi məktəblərin yerləşdiyi ərazilərdə və məktəblərə bitişik yollarda təhlükəli yerlər olduğundan orada əlavə yol nişanlarının qoyulmasına ehtiyac ola bilər. Əgər təhsil müəssisələrinin yaxınlığında yol nişanları ilə bağlı çatışmazlıqlar olarsa, onlar sıradan çıxarsa və nişanın qoyulmasına zərurət olan yerlər olarsa, məktəblərin, tədris müəssisələrinin rəhbərləri, eləcə də valideynlər və digər vətəndaşlar bizə müraciət edə bilərlər”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar 2015-ci il sentyabr ayının 10-dan etibarən respublika ərazisində "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir. Oktyabrın 10-dək davam edəcək tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılacaq, onların başvermə səbəblərinin və şəraitlərinin aradan qaldırılması üzrə konkret profilaktiki tədbirlərin görüləcək, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraiti yenidən müayinə olunacaq, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər görüləcək, o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsi və s. tədbirlər həyata keçiriləcək.
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO
Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO
Rövşən Tağıyev sürücülərə xəbərdarlıq etdi: Sükan arxasında telefon qəzaya səbəb olur
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət - Qaydalara ciddi əməl edin!
DYP əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq etdi
Avtoqəzalarda ölənlərin üçdə biri KƏMƏR BAĞLAMAYANLARDIR - DYP-dən XƏBƏRDARLIQ
Saatlıda narkotik çəkib sükan arxasına keçən sürücülər SAXLANILDI - FOTO
Daxili işlər naziri Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü - FOTOLAR
Motosiklet sürücülərinin törətdiyi qəzaların görüntüləri – ANBAAN VİDEO
Yol polisi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTO










