Yol polisi tərbiyəsiz sürücülərlə mübarizəyə başladı - VİDEO

Ətraf mühitin həm piyadalar, həm də sürücülər tərəfindən çirkləndirilməsi hallarına tez-tez rast gəlinir. Sürücülərin isə maşınların pəncərələrindən tullantıları atması onsuzda təmiz olmayan ekologiyanı biraz da çirkləndirir. ANS-in məlumatına görə, avtomobillərin ətraf mühitə vurduğu ziyan hələ azmış kimi sürücülərin də məişət tullantılarını yerə atması ekologiyanı daha da çirkləndirir. Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin videokameralarına çəkilən kadrlardan sürücülərin ətraf mühitin çirklənməsində nə qədər rolu olduğunu asanlıqla görmək olar. Məsələn, sürücünün siqaretin qutusunu yerə atdığının şahidi oluruq. Başqa bir kadrda isə sürücü içdiyi su qabı ilə ekologiyanı korlayır.
Bu cür misalların sayını kifayyət qədər artıra bilərik. Ekoloq İslam Mustafayev deyir ki, ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün artıq “Avro 4” standartlarına keçirilib: “Amma bununla yanaşı sürücülər özləri də ekologiyanın təmizliyinə diqqət etməlidirlər. Bunun üçün insanlar arasında maarifləndirmə işləri aparılmalıdır.
Məsələn, qabaqda gedən sürücü əlində olan butulkanı atır. Bu arxadakı maşına da dəyə bilər. Yaxşı olardı ki, arxadan gələn sürücüdə özündən əvvəldə gedən sürücünü saxlayıb ona bunun yaxşı olmadığını desin”.
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirdi ki, sürücülərin ətraf mühiti çirkləndirməsi inzibati xəta hesab olunur və belə sürücülər aşkar edilərək məsuliyyətə cəlb olunurlar. Ona görə də gəlin ətraf mühiti qoruyaq. Ən azı özümüz əlimizə gələni minik vasitəsindən çölə atmayaq ki, bizim də azacıq ətra mühitin təmizliyində payımız olsun.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












