Yol polisi tıxaca görə sürücüləri günahlandırdı

Metronun Avtovağzal stansiyasının tikinitisi ilə əlaqədar Sumqayıt-Bakı yolunda günün müxtəlif saatlarında avtomobillərin sıxlığı müşahidə olunur. Bu isə həmin istiqamətdə hərəkət edən insanların mənzil başına vaxtında çatmasına mane olur. Sözügedən yolda müşahidə olunan sıxlıqla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə deyib ki, Sumqayıt-Bakı yolunda ilk günlər nəqliyyat vasitələrinin sıxlığı yaransa da, artıq ərazidə tıxac müşahidə olunmur.
Qurum rəsmisi həmin yolda sıxlığı yaradan amillərə toxunaraq bildirib ki, tıxacı sürücülər yaradır: “Sürücülər həmin ərazidən keçərkən sürəti azaldırlar. Bu da yolda sıxlığın yaranmasına, nəqliyyatın ləngiməsinə səbəb olur. İki gün öncə ilə müqayisədə ərazidən keçmək artıq rahatdır”.
Qadağalara baxmayaraq yük maşınlarının Bakıda hərəkət etməsinə gəlincə isə, K.Əliyev qeyd edib ki, onlar yol polisinin verdiyi buraxılışlar əsasında paytaxta daxil olurlar: "Maksimum kütləsi 5 tona qədər olan yük avtomobilləri və dövlət əhəmiyyətli obyektlərdə işləyənlər Bakı şəhərində hərəkət edə bilərlər. Amma digər yük avtomobillərinin təkcə Bakı şəhərinə girişi yox, gündüz vaxtlarında da şəhərdə hərəkətinə məhdudiyyət qoyulub”.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












