Yol polisi və uşaqlar - FOTO

1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı Bakıdakı 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birlikdə uşaq avtoşəhərciyində “Uşaqları yol qəzalarından qoruyaq!” devizi altında tədbir keçirib. Bayraqlar, şüarlar, plakatlar, stendlər, rəsmlər, yol nişanları, şarlar və güllərlə bəzədilmiş Mərkəzin uşaq avtoşəhərciyinin bu günki fəaliyyəti Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Bu gün burada uşaq yaradıcılığını əks etdirən müxtəlif nümunələr nümayiş etdirilib. Bayramsayağı geyinmiş uşaqlarla interaktiv, öyrədici, hərəkətli və didaktiv oyunlar keçirilib. 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi “Günəş” rəsm studiyasının üzvləri molbert və asfalt üzərində “Yol hərəkəti qaydaları və mən!”, “Qoy həmişə günəş olsun!” “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar!” və s. mövzularda rəsm çəkiblər. “Folklor”, “Ədəbi-Diyarşünaslıq”, “Milli rəqs”, “Dram”, “Nağıl və debat”, “Gənc yol polisləri”, “İntellekt”, “Musiqisevərlər” dərnəklərinin üzvləri istedad və bacarıqlarını göstərib, geniş konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan Təmsilçiliyinin başqanı Nəvai Mətin, ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin uşaqları, müəllimlər, valideynlər və KİV nümayəndələri iştirak edib. Tədbirə Nəsimi, Nərimanov, Yasamal, Səbail, Nizami, Xətai və Binəqədi rayonlarının 9, 13, 21, 28, 33, 34, 36, 42, 44, 45, 46, 47, 94, 116, 126, 151, 258, 160, 164, 189, 245 və s. nömrəli məktəblərindən 100-dən çox uşaq qatılıb. Tədbirin sonunda təşkilatçılar tərəfindən uşaqlara və onların valideynlərinə balacaların yol hərəkət qaydalarını daha yaxşı qavramasına kömək edəcək yardımçı tədris vəsaitləri hədiyyə olunub.
Fidan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


















