Yol polisi Xətai DYP-nin rəisi ilə bağlı xəbərə aydınlıq gətirdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bəzi elektron kütləvi informasiya vasitələrində Xətai rayon DYPŞ-nin rəisi Vüqar Hüseynovla bağlı yayılan xəbərə aydınlıq gətirib. İdarənin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, həmin xəbərdə qeyd olunanlar həqiqəti əks etdirmir: “Şöbə rəisi Vüqar Hüseynov səhhəti ilə bağlı işə çıxmır. Onun barəsində yazılanları qeyri-peşəkarlıqdan irəli gələn xəbər hesab edirik. Çünki yazılanlar böhtandır. Belə xəbəri yaymazdan əvvəl dəqiqləşdirmək lazımdir. Vüqar Hüseynov nəinki avtoxuliqanlara, ümumumiyyətlə, qayda pozan sürücülərə qarşı daim mübarizə aparan əməkdaşdır. ”
Qeyd edək ki, editor.az-ın yazdığına görə, Zahid Ağayev adlı şikayətçi bildirir ki, hər gün axşam yol polisi əməkdaşlarının iştirakı ilə bir qrup “avtoş” Xətai rayonunun “Zığ yolu” adlanan ərazisində maşın yürüşü keçirir. Əsasən məmur övladlarından ibarət “yarışmaya” Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Vüqar Hüseynov şəxsən özü tamaşa edir: “Hətta elə olur ki, Vüqar Hüseynovun özü də bu “yarışmalarda” iştirak edir. Buna etiraz edənlərə qarşı isə çox sərt münasibət göstərilir”.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












