Yol polisi yolun ortasında tonqal qalayanları cərimələyəcək

«Novruz bayramı günlərində yollara bitişik ərazilərdə yaşayan sakinlər bayram əhval-ruhiyyəsi yaşamaq üçün asfaltın tən ortasında tonqal qalayırlar. Əvvəlki illərin müşahidələri də deməyə əsas verir ki, hər il bu ənənə davam edir. Lakin belə hallara yol vermək olmaz. Bu, həm təhlükəlidir, həm də bu əmələ görə qanunla məsuliyyət nəzərdə tutulur». Bunu Avtosfer.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. Onun sözlərinə görə, nəzərə alınmalıdır ki, yol bütün hərəkət iştirakçılarının normal, rahat və təhlükəsiz hərəkət etməsi nəzərdə tutulmuş bir vasitədir: «Yol insanları bir-birinə bağlayır, yaxınlaşdırır. Lakin bəzi insanlar özləri şənlənmək üçün yollarda təhlükə yaradırlar, yolları bağlayıb tonqal qalamaqla hərəkəti məhdudlaşdırırlar. Bu da digər küçə və prospektlərdə də nəqliyyatın hərəkətinə təsir edir və tıxaclar yaranır. Bundan əlavə, asfaltın səthi korlanır və yol dağılır, ətrafdakı avtomobillərə, binalara, evlərə təhlükə yaranır. Nəzərə almaq lazımdır ki, həmin yollardan piyadalar, təcili tibbi yardım, yanğınsöndürən və polis maşınları da istifadə edir. İnsanların həyatına təhlükə yaratmaqla yanaşı, başqalarını xilas etməyə gedənlərin də yolunu kəsirlər. Bu da yolverilməzdir».
Vaqif Əsədov əlavə edib ki, alov qığılcımları ətrafa yayılıb yanğına səbəb ola bilər. Bunu nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi müraciət edilib: «Birinci növbədə hər kəs bilməlidir ki, yolun hərəkət hissəsi hətta bayram tədbirləri ilə bağlı olsa da belə, qeyri-qanuni zəbt edilməməlidir. Amma tonqalın qalanması yolun hərəkət hissəsinin bağlanması deməkdir. Bu da «Yol hərəkəti haqqında» qanunda inzibati məsuliyyət yaradan xətadır. Mən Dövlət Yol Polisi adından çağırış edirəm ki, gərək özümüz yol verək ki, başqalarının həyatı təhlükədə qalmasın. Yəni, özümüz özümüzə şərait yaratmalıyıq».
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












