Yol polisi zabiti supermarket işlədir - FOTO

Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli bizneslə məşğul olmağa başlayıb. Axşam.az-a açıqlama verən idmançı hazırda Bakı şəhərində bir neçə supermarketin sahibi olduğunu deyib. Onun sözlərinə görə, yeddi aydır bu sahədə fəaliyyət göstərir: “2013-cü ildə ayağımdan zədə aldığım üçün idmanla vidalaşdım. Mən Daxili İşlər Nazirliyinin əməkdaşıyam. Həmçinin Cüdo Federasiyasında vitse-prezident vəzifəsində çalışıram. Yeni bir işlə məşğul olmaq istədim. Bu biznesə 7 ay əvvəl başlamışam. Bakıda "Nömrə 1" adlı 6 supermarketim fəaliyyət göstərir. Nəqliyyat Nazirliyinin yaxınlığındakı sonuncu supermarket isə bunların içərisində ən böyüyüdür. Ümumilikdə 500 işçim var. Bu insanlar məndən maaş alıb, ailəsini saxlayır. Ən az min insana çörək verirəm. Bundan gözəl hiss ola bilməz. Mən bu dövlətin əsgəriyəm, quluyam. Bu dövlətə köməyim dəyməsi üçün çalışıram”.
E.Məmmədli şəxsi biznesini uzun müddətdir gizli saxlamasının səbəbini də açıqlayıb: “Bir müddət belə olmasını istədim. Daha sonra xəbərin sürətlə yayılmağa başladığını gördüm. İstəmədim, insanlar bu haqda xəbəri kənardan eşitsinlər. Qərara gəldim ki, özüm açıqlama verim. Bu işdə mənə yaxın qohumum, dostum Rəşid bəy kömək edir”.
E.Məmmədli ən böyük arzusunu da dilə gətirib: “Bundan sonrakı arzum general olmaqdır. Əgər qismət olarsa, məsləhət bilinərsə, bu baş verər”.
Avtosfer.az bildirir ki, Elnur Məmmədli hazırda daxili işlər orqanlarında çalışır. O, Bakı şəhər Dövlət Yol Polisi İdarəsində inspektor vəzifəsini daşıyır. Polis kapitanı rütbəsindədir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















