Yol polisindan 172 şikayətçi var - RƏSMİ

"Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, əvvəlki illərdə olduğu kimi, ötən il tutulan və ya həbs olunan şəxslərə işgəncə vermə, habelə qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və cəzaya məruz qoyma faktları qeydə alınmayıb. Lakin idarədaxili nəzarət qaydasında aşkarlanan əsassız saxlama, gətirmə və kobud rəftar kimi faktlar prosessual qanunvericilik çərçivəsində hərtərəfli və obyektiv araşdırılaraq hər biri üzrə qanuni qərarlar qəbul edilib". Avtosfer.az "report"a istinadən xəbər verir ki, bu barədə İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2014-cü il üzrə illik hesabatında bildirilib. Hesabatda qeyd edilir ki, ötən il ərzində təsdiq olunan 277 fakt üzrə (onlardan 133-ü vətəndaşlarla kobud rəftar, 69-u polisə əsassız gətirmə və saxlama, 52-si sürücülərin hüquqlarının pozulması, 3-ü əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbi və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 17-si isə digər faktlar) 343 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 21-i daxili işlər orqanlarında xidmətdən xaric edilib, 37 əməkdaş tutduğu vəzifədən azad edilib, 285 əməkdaş barəsində digər intizam tədbirləri görülüb.
İllik məruzədə o da qeyd olunub k, Dövlət Yol Polis (DYP) əməkdaşları ilə bağlı ötən il daxil olan 172 müraciətdə, eyni zamanda bəzi əməkdaşlar tərəfindən sürücülərlə kobud rəftar, etik davranış qaydalarını pozma, qeyri-peşəkar münasibət kimi hallar öz əksini tapıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












