Yol polisindən 90 MP 090-la bağlı açıqlama

Bakının Mərdəkan qəsəbəsində bahalı maşını ilə avtoşluq edərək gündəmə gələn Rauf adlı gənclə bağlı bir-birindən maraqlı xəbərlər yayılmaqdadır. Dünən «Yeni Müsavat» qəzeti Rauf Hüseynovla bağlı maraqlı xəbər yayıb. Xəbərdə bildirilir ki, həmin şəxs əslində “Hafka” kimi tanınan neft maqnatı Hafiz Məmmədovun oğludur. Sadəcə, bu detalın gizlədilməsi üçün Ramiz Hüseynov adlı şəxsin adından mətbuata açıqlama yayılıb. Bu həmin gəncdir ki, 90 MP 090 dövlət nömrə nişanını bir neçə bahalı avtomobilin üstünə vurub və bahalı maşınlarını qarşısında yarıçılpaq xanımların fotolarını çəkməklə sosial şəbəkələrdə yaymışdı. Onun avtomobillə etdiyi təhlükəli hərəkətləri isə Avtosfer.az gündəmə gətirmişdi. Həmçinin, müəyyən etmişdik ki, 90 MP 090 dövlət nömrə nişanı bir neçə avtomobilin üzərində olsa da, hazırda Dövlət Yol Polisinin mərkəzi internet bazasında mövcud deyil. Avtosfer.az bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayıb. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, aparılan araşdırmalar zamanı həmin nömrənin DYP-ə təhvil verildiyi üzə çıxıb: «Sürücü avtomobili satıb, nömrəni isə DYP-yə təhvil verib. Hazırda həmin nömrə başqa şəxsə satılmadığı üçün sistemdə mövcud deyil».
Xatırladaq ki, ötən ayın əvvəlində Avtosfer.az- da 90 MP 090-nın avtoxuliqanlığını və onun sürücüsünün dəbdəbəli həyat tərzini əks etdirən foto və videolar yayılandan sonra Raufun atası adından açıqlama yayıldı. Heç kimin gözləmədiyi halda Ramiz Hüseynov adlı şəxs Raufun atası olduğunu iddia edərək etirafda bulundu. Dedi ki, təxminən bir il əvvəl bu şəkilləri görüb: “Hətta bu müzakirələr açılmamışdan öncə oğlumu ciddi tənbeh etmişəm. Oğlumu institutu bitirdikdən sonra hərbi xidmətə yola salmışam. Hazırda Rauf bölgələrin birində hərbi xidmətdədir. Bu kimi həyatdan tam olaraq uzaqdadır. Qayıtdıqdan sonra da bu həyatdan uzaq olacaq. Bu şəkillər o, tələbə olarkən çəkilib. Bu fəxr olunası bir hal deyil. Mən özümün və ailəmin adından bütün oxuculardan və xalqdan üzr istəyirəm. Biz o şərhlərdə yazıldığı kimi, etikadan kənar hərəkətlərə yol verən bir ailə deyilik. Biz ölkəni sevən, onun qanunlarına tabe olan bir ailəyik. Oğlum cavan olub, böyük səhv edib. Bu səhvinə görə onu tənbeh etmişəm, cəzalandırmışam. Fotolarda görüntülənən maşınlar eyni vaxtda bizim ailədə olmayıb. Bu maşınlar müxtəlif vaxtlarda alınıb, satılıb. İndi bu avtomobillər bizdə yoxdur. Oğlumun adından sosial şəbəkələrdə profillər açılır, xahiş edirəm bu kimi səhifə və profillərə inanmayın. O, hərbi xidmətdədir və internetə çıxışı yoxdur”.
Yağışlı havada sürücülərə və piyadalara VACİB XƏBƏRDARLIQ
DYP yağıntılı hava ilə bağlı sürücü və piyadalara xəbərdarlıq etdi
Yol polisindən yağıntılı hava şəraiti ilə əlaqədar ÇAĞIRIŞ
Dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Quba yolunda "Bentley" qəzaya düşdü: Kəmər sürücünün həyatını xilas etdi - VİDEO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirib 258 gənci işə götürdü - VİDEO
Yolu qadağan edilmiş yerdən keçmək həyatınıza təhlükə yaradır – DYP-dən ÇAĞIRIŞ - VİDEO
Yol polisi hansı sürücülərə güzəşt edə bilər? - AÇIQLAMA - VİDEO
DYP piyadalar üçün maarifləndirmə tədbiri keçirdi - VİDEO
Bölgələrdən qayıdanlara çağırış - “Tələsməyin!” - FOTO
Vətəndaş işıqforun tələbinə əməl etdiyi halda niyə cərimələnib? - Yol polisindən açıqlama - FOTO - VİDEO










