Yol polisindən ağır cərimə xəbərdarlığı

“Son vaxtlar ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən bəzi yol nişanlarının, yol göstəricilərinin, svetoforların üzərinə qanunsuz olaraq reklam lövhələri yapışdırılır. Bu da bəzən yol nişanlarının görünməməsinə, svetofor dirəklərinin rənginin sıradan çıxmasına səbəb olur və şəhərin ümumi estetik gözəlliyinə xələl gətirir”. Bunu Avtosfer.az saytına açıqlamasında DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, belə qanunsuz reklam yayımı ilə məşğul olan fiziki və hüquqi şəxslər qanunla məsuliyyət daşıyırlar: «Onların nəzərinə çatdırmaq istəyirik ki, bu əməllər qanuna ziddir və inzibati məsuliyyət yaradır. Yol polisi fiziki və hüquqi şəxslərdən belə hallara son qoyulmasını tələb edir və həmin şəxslərə bir daha xatırladırıq ki, belə hərəkətlərə görə İnzibati Xətalar Məcəlləsinin 164.0.5-ci maddəsinə müvafiq olaraq, hər bir hal üzrə fiziki şəxslərin 80 manatdan 100 manata qədər, vəzifəli şəxslərin 400 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 3 min manatdan 4 min manata qədər miqdarda cərimə olunmaları nəzərdə tutulub və bu cərimə sanksiyaları kimliyindən asılı olmayaraq xətaya yol vermiş hər bir şəxsə tətbiq olunacaq».
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













