Yol polisindən avtobuslarla bağlı dəhşət saçan statistika

Bu il ərzində Bakıda sərnişindaşıma ilə məşğul olan avtobuslarla bağlı tərtib olunan inzibati protokolların sayı 755 olub, Avtobusların iştirakı ilə 19 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələr 2, ölüm 2, xəsarət alma isə 9 fakt azalıb. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. Onun bildirdiyinə görə, yol polisləri tərəfindən sərnişindaşıma sektorunda qayda-qanunun yaradılması məqsədilə görülən tədbirlər nəticəsində dayanma-durma qaydalarının pozulmasına görə 41, avtobusu dayanacaqdan kənarda saxlayıb sərnişinlərin minib-düşməsini təmin etdiyinə görə 60, yol hərəkətində lüzumsuz olaraq yüksək tonlu səs siqnallarından istifadə etdiyinə görə 16, sərnişinlərlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə girdiyinə görə 3, qoşa xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına daxil olduğuna görə 64, avtomobili sərxoş halda idarə etdiyinə görə 3, avtobusdan əşyalar atdığına görə 4, svetoforun qırmızı işığında hərəkət etdiyinə görə 11, yolayrıcıları keçmə qaydalarını pozduğuna görə 44, ötmə-manevretmə qaydalarını pozduğuna görə 38, avtomobili texniki baxışdan keçmədiyinə görə 6, reysqabağı tibbi müayinədən keçmədiyinə görə isə 31 avtobus sürücüsü barəsində protokol tərtib edilib".
Həmçinin, dislokasiya üzrə təhkim edilən ərazidə yol polisi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yol hərəkətində texniki cəhətdən nasaz halda idarə edilən 26 avtobus saxlanılıb, marşrut boyu 19 avtobus xətdən çıxarılıb.
Bölmə rəisi bildirib ki, vətəndaşlar tərəfindən BŞDYPİ-yə avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair 16 fakt üzrə müraciət daxil olub. Onların əsasında dərhal araşdırma aparılaraq 13 sürücü barəsində törədilən xəta ilə əlaqədar sənədləşmə aparılıb. Bundan əlavə, ilin əvvəlindən bu günədək internet, sosial şəbəkələr və televiziyalar vasitəsilə yayılan videogörüntülər əsasında aparılan araşdırmalar nəticəsində 9 fakt üzrə 4 sürücü barəsində cəza tədbirləri görülüb.
V.Əsədov onu da əlavə edib ki, avtobus sürücüləri ilə əlaqədar Mərkəzi Məlumat Xidməti tərəfindən gün ərzində paytaxtın inzibati ərazisində orta hesabla 37-45 elektron qaydada fotomaterial hazırlanır.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












