Yol polisindən – BAYRAM XƏBƏRDARLIĞI

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 31 dekabr 2015-ci il – 4 yanvar 2016-cı il tarixlərinin istirahət günü olması ilə əlaqədar nəqliyyat vasitələrinin rayonlara hərəkət intensivliyinin artacağını nəzərə alaraq, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev paytaxtdan rayonlara səfər edən sürücüləri diqqətli olmağa çağırıb: “Sürücülər yolun enişli-yoxuşlu olmasını nəzərə alaraq, sürət həddini nəzərə alsınlar, ötmə əməliyyatlarını düzgün seçsinlər və avtomobillərini sərxoş vəziyyətdə idarə etməkdən uzaq dursunlar”.
K.Əliyev həmçinin qeyd edib ki, Dövlət Yol Polisi respublika ərazisində reydləri davam etdirir: “Bayram günləri yol polisi gücləndirilmiş iş rejimində çalışıb. Respublika üzrə reydlərimiz davam etdirilir”.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycanda 31 dekabr 2015-ci il – 4 yanvar 2016-cı il tarixlərində qeyri-iş günü elan edilib.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












