Yol polisindən cavab gəldi: «İşimizə kölgə salırlar»

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Avtosfer.az saytında «Yol polisinin sürücülərə qarşı yeni oyunu» başlıqlı yazıya münasibət bildirib. İdarənin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, həmin yazıda qeyd olunan məqamlar həqiqəti əks etdirmir: «Müğənni Yaşar Cəlilov belə məlumatları haradan alıb, deyə bilmərəm. Amma bu məlumatları yayımlamazdan əvvəl dəqiqləşdirmək lazımdır. Bu cür məlumatlar Dövlət Yol Polisinin fəaliyyətinə, əldə etdiyi müsbət göstəricilərə kölgə salmaqdır. Heç vaxt mümkün ola bilməz ki, gərgin iş rejimində işləyən yol polisi əməkdaşları haradasa piyada keçidinin yanına adam gətirib qoysun, sonra da piyadaya yol verməyən sürücüyə cərimə yazsın. Nəzərə almaq lazımdır ki, gün ərzində hər bir yol polisi əməkdaşının fəaliyyətinə müxtəlif texniki vasitələrin köməyi ilə rəhbərlik tərəfindən nəzarət olunur. Hər kəs görür ki, Bakı şəhəri ərazisində yol polisləri necə xidmət aparır. Hətta iş o yerə çatıb ki, haradasa polis olmayanda paytaxt sakinləri şikayət edir. Bakının mərkəzi və strateji əhəmiyyətə malik küçə və yollarda sıxlığın, tıxacın yaranmaması üçün yol polisi daim gücləndirilmiş rejimdə xidmət aparır. Kiminsə yalan, böhtan xarakterli çıxışını araşdırmadan, öyrənmədən onu yaymaq düzgün deyil. Bu cür halların baş verdiyini sübuat edəcək əsaslar, faktlar kimdəsə varsa, buyursun, təqdim etsin, biz də araşdırıb tədbir görək».
Qeyd edək ki, həmin yazıda müğənni Yaşar Cəlilov Nəsimi rayonu ərazisində piyada keçidindən yol polislərinin öz adamlarının dayanıb sürücülərə təhlükə yaratdığı, DYP əməkdaşlarının isə həmin sürücüləri saxlayıb cərimə yazdığı bildirilirdi.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












