Yol polisindən motosikletin üstündə rəqs edən sürücüyə maraqlı təklif - VİDEO

Paytaxt küçələrində yüksək sürətlə hərəkət edən motosikletin sürücüsü ayaq üstə rəqs edir. Eyni anda bir neçə qaydanı pozan sürücü həm özünü, həm də digər yol hərəkəti iştirakçılarını təhlükəyə atır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözcüsü Vaqif Əsədov isə Avtosfer.az saytında yayılan kadrların dirnaqarası qəhrəmanına maraqli bir təklif irəli sürüb.
Şəxsiyyəti hələlik məlum olmayan motosikletçi eyni anda bir neçə qaydanı pozur. Kadrlardan aydın görünür ki, sürücü bu hərəkətlə həm öz həyatını, həm də digər avtomobillərdə olanları təhlükəyə atır.
Ekspert bildirir ki, belə hallarda qəza olsa motosiklet sürücüsünün ağır xəsarətlər alması qaçılmazdır.
Yol hərəkəti qaydalarını kobut şəkildə pozan sürücü müəyyən edilərsə qanunun bir neçə maddəsi ilə cərimə oluna bilər.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözcüsü Vaqif Əsədov deyir ki, ümumi istifadə üçün nəzərdə tutulan küçə və prospektlərdə belə hərəkətlərin edilməsini inzibati xəta hesab edilir. Kimsə öz idarəetmə qabiliyyətini göstərmək istəyirsə bunu nəzarət altında və qapalı şəraitdə etməlidir. Bu qaydanı pozanlar aşkar edilərək cərimə olunur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












