Yol polisindən produserlə bağlı açıqlama – «Sərxoş idi» - REAL VİDEO - 18+

Xəbər verdiyimiz kimi, dünən gecə tanınmış prodüser Təranə Səmədova Bakıda sükan arxasında sərxoş saxlanılıb. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində, Hüseyn Seyidzadə küçəsində «Hyundai» markalı avtomobilə «Saxla!» işarəsi veriblər. Sürücü əmrə tabe olmayıb və qaçmağa cəhd göstərib. Yol polisi avtomobili təxminən 3-4 kilometrdən sonra süni tıxac yaratmaqla saxlaya bilib. Məlum olub ki, sürücü, tanınmış prodüser Təranə Səmədova spirtli içki qəbul edib. Avtomobildən düşmək istəməyən Təranə Səmədova növbəti dəfə qaçmağa cəhd edib və bu zaman «Tofaş» markalı başqa bir avtomobili əzib.
Təranə Səmədova sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinədən imtina edib. Əraziyə Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisə yerinə tanınmış meyxanaçı Pərviz Bülbülə də gəlib. Təranə Səmədova onun avtomobilinə əyləşmək istəsə də, onun ərazidən uzaqlaşa biləcəyindən ehtiyatlanan polis əməkdaşları buna mane olublar.
Post Patrul Xidmətinin əməkdaşları Təranə Səmədovanı məcburi qaydada tibbi müayinəyə aparıblar.
Faktla bağlı protokol tərtib edilib, avtomobil isə cərimə meydançasına yerləşdirilib.
Təranə Səmədova yol polisi tərəfindən saxlanılmasının səbəbini açıqlayarkən tibbi müayinədən keçdiyini və sərxoş vəziyyətdə maşın idarə etmədiyini bildirib: «Axşam yol polis əməkdaşları tibbi müayinəyə apardılar və spirtli içki qəbul etmədiyim aşkarlandı. Sadəcə olaraq, maşının üzərində həbs var idi və maşınımın cərimə meydançasına götürülməsini istəmirdim. Dostumu gözləyirdim və onu gözləyənə qədər pəncərəni aşağı salmadım. Ona görə də hadisə yerinə post-patrul xidməti gəldi və məni tibbi müayinəyə apardılar. İçki də çıxmadı. Bir saatdan sonra maşınımı cərimə meydançasından götürəcəm. Hər şey yaxşıdır».
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Post-Patrul Xidməti Alayının komandiri, polis polkovniki Rəşadət Babayev isə Avtosfer.az-a bildirib ki, Təranə Səmədova adlı xanım sürücü həqiqətən də yol polisi əməkdaşlarına tabe olmayıb: «Lakin onun idarə etdiyi avtomobil tərəfimizdən saxlanılıb. Bu zaman sürücünün sprirtli içki qəbul etdiyi şübhəsi yarandığı üçün onu tibbi müayinəyə aparıblar. Müayinə zamanı sürücünün sərxoş vəziyyətdə olduğu təsdiqini tapıb və sənədləşdirilib. Bizdə bütün sənədlər qaydasındadır. O xanımın dediklərinin heç bir əsası yoxdur. Ən azından həmin hadisə ilə bağlı telekanallarda yayılan videodan da görünür ki, xanım sürücü sərxoş haldadır».
Avtosfer.az Təranə Səmədovanın saxlanılması prosesini əks etdirən videonu olduğu kimi təqdim edir. Videoda xanım sürücünün işlətdiyi qeyri-etik ifadələrə görə oxuculardan üzr istəyirik.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













