Yol polisindən sərt addım; icra hakimiyyətinin çəkdiyi keçidlər ləğv olunacaq

Məlum məsələdir ki, Azərbaycanda bələdiyyələr, icra hakimiyyətləri, habelə «Azəryolservis» ASC də yol çəkir. Yol çəkilərkən yol nişanlarının və nişanlanma xətlərinin tətbiqi zamanı bu qurumlar Dövlət Yol Polisi İdarəsi ilə məsləhətləşib dəqiqləşdirmə aparırmı? Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a bildirdi ki, bəzən razılaşdırma olsa da, bəzən bunu etmirlər: «Görürük ki, kimsə öz təşəbbüsü ilə nəsə yaxşı bir iş görmək istəyir, nəsə yenilik etməyə çalışır, amma əslində problem yaradır. Məsələn, iş icraçısı heç özü də yol hərəkəti qaydalarını bilməyə-bilməyə gətirib avtobus dayanacağını piyada keçidi – zebra çəkir. Amma fərqinə də varmır ki, bu, düzgün deyil. Fikirləşir ki, dayanacaqda sərnişin avtobusdan düşür, avtobus gedəndən sonra isə sağa-sola getmədən yolu keçir. Ancan fikirləşmir ki, avtobus gəlib həmin xəttin – piyada keçidinin üstündə dayanırsa, özü qaydanı pozur. Digər tərəfdən, avtobusdan düşən sərnişin əksər hallarda avtobusun getməsini gözləmir, ya arxasından, ya da qabağından keçir. Bu da sözsüz ki, qəza şəraiti yaradır. Üstəlik, sürücülərin özündə də qıcıqlanma yaranır ki, xətt haradadır, piyada isə xəttən ya 5 metr qabaqdan, ya da arxadan yolu keçir».
Kamran Əliyev əlavə edib ki, haradasa xətt çəkilirsə, nişan qoyulursa, ilk növbədə Nazirlər Kabineti yanında Yol Hərəkəti üzrə Təhlükəsizlik Komissiyasının qərarı olur və diqiq yer müəyyənləşdirilir.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












