Yol polisindən şok əməl – SÜRÜCÜNÜ ŞƏRLƏMƏYİN SON HƏDDİ
Jurnalist Elçin Cəlilov Facebook-da general Nəcməddin Sadıkovun oğluyla münaqişəsinə görə işdən qovulduğu bildirilən DYP əməkdaşı Cavanşir Lətif oğlu Qasımov ilə öz konfliktinə dair yazı paylaşıb. Avtosfer.az həmin yazını təqdim edir: "Nәcmәddin Sadıqovun oğluna görә işdәn qovulan polis haqda sizә başıma gәlәn bir әhvalat danışım (Fotosunu indi gördüm, tanıdım). Keçәn il iyulun ortaları idi, mәn, qrup yoldaşım Rәşad vә başqa dostlar şәhәrdәki restoranların birindә futbola baxırdıq — dünya çempionatının hansısa oyununa. Pivә içmişdik. Ayıq sürücü xidmәtindәn çağırdıq. Rәşadın maşını ilә gedirdik. YPX bizi BŞBPİ — nin qarşısında saxladı. Sürücü sәnәdlәrini göstәrdi, polis hәr şeyin qaydasında olduğunu gördü. Maşın sahibinin dә sәnәdlәrini istәdi vә yenә hәr şey qaydasında. Qabaqda, sürücünün yanında mәn oturmuşdum, dostum isә arxada. Mәndәn içkili olub — olmadığımı soruşdu. Dedim, tәbii ki, әgәr ayıq sürücü çağırmışıqsa, demәli, içkiliyik. Dedi, üstündә nә sәnәd var, göstәr. Bütün sәnәdlәri göstәrdim, ancaq tәlәbin sәbәbini soruşanda, «Belә mәslәhәtdi» cavabı aldım. Sonra dedi, «kapotu» aç, әlavә detalları yoxlamalıyam. Orda da bir problem tapmadı. Polisә dedim ki, siz yoxlamanı tam bitirdinizsә, biz gedәk, niyә gözlәtdirirsiz…
Hәngamә qopdu:
- «Әәә, sәn qarışma, kimsәn sәn! Şofer sәnsәn, bu maşın sәnindi әә?»
- Yox, mәnim deyil, ancaq nәyә qışqırırsan, bunu bilmәdim, sәn kimsәn, hardan bu ixtiyarı hiss elәdin özündә?
Bax, elә bu anda yanındakı iki polis yoldaşı ilә mәnim qollarımdan yapışıb, YPX maşınına zorla oturtmağa başladılar. Tәbii ki, müqavimәt göstәrmәyimdәn söhbәt gedә bilmәz, ancaq dedim, buna ehtiyac yoxdu, qollarımı buraxın, özüm minәcәm maşına. Mindim vә bunlar sürdülәr Xәtai metro stansiyasının yanındakı polis bölmәsinә. Arxamca da dostum vә ayıq sürücünü gәtirdilәr, maşını da guya müsadirә ediblәr…
Mәni saldılar bölmәyә vә rәisi — filanı çağırdılar, sanki xüsusi әmәliyyat nәticәsindә cinayәtkar tutublar. Halbuki, YPX…
Rәis mәni sorğu — suala tutmazdan әvvәl dedi, «Bizi dә, özünü dә po*a salmısan».
Tәbii ki, tamaşanın qurulduğunu hiss edirәm vә hәr şeyә tәbәssümlә yanaşıram…
Sorğu-sual başlayandan az sonra bölmәyә Tәcili Tibbi Yardım gәldi. Hәmin polisi sürüyә — sürüyә bu otağa gәtirdilәr. «Özündәn getmişdi». Mәn dedim, rәis, bu tamaşa böyüyür, siz gözәl bilirsiniz ki, ortada heç nә yoxdur. Mәni bura qeyri — qanuni, zorla gәtiriblәr.
Özündәn getmiş polis dәrhal ayıldı vә hәkimi o tәrәfә itәlәyib, üstümә şığıdı, dedi ki, sәn kimsәn әәә, dövlәt mәmurunu tәhqir edirsәn?! Әmrә tabe olmursan! Zor tәtbiq edirsәn! Mәnim qardaşım şәhid olub, sәn şәhid ailәsini tәhqir elәdin!
Sәbrimi güc — bәla topladım vә yalnız bunu dedim: şәhidin adından saxtakarlıqla istifadә elәmә heç olmasa.
Mәn bunu deyәn kimi polis yenә «özündәn getdi», hәkimlәr tәzyiqini ölçmәyә, iynә vurmağa hazırlaşdılar. Hәr şey tamaşa kimi…
Dedim, rәis, mәn jurnalistәm, bu adama deyin ki, qanundankәnar görür bu işlәri, mәni sәhv salıb, qanunlardan xәbәrdaram, vәkilim gәlmәmiş heç bir proses aparılmasın burda. Bu an o polis yenidәn hәkimi itәlәyib dedi ki, «Әә, sәn mәndәn rüşvәt istәdin!!! Dedin pul vermәsәn, qәzetimdә yazacam». Bu dәfә sәbrimi toparlaya bilmәdim vә dedim, sәn bir xәstәsәn, xәtanı uzaq elә.
Bölmәnin hәyәtindә azı 3 YPX maşını vardı. Onlar içәri girdilәr. Onlardan birini tanıdım, bir universitetdә oxumuşduq. Dedi ki, sәn çox pis yerә ilişmisәn, neylәmisәn ki belә? Dedim heç nә elәmәmişәm. Dedi ki, bura qәdәr gәtiriblәrsә, batdın, bizi dә bura şahid kimi çağırıblar. Bu adam belәdi. Sәn, Allah bilir, neçәnci «qurbansan».
Bәli, bütün bu hoqqaları qayıran polis hәmin bu polisdir — Nәcmәddin Sadıqovun oğluna görә guya qovulan.
Xәbәrlәri oxudum, onun açıqlamalarına baxdım.. sonra fotosunu gördüm, dedim, ohaa.. hәmin adam! Fikirlәrim tam dәyişildi. Ona görә dә, bir hadisәni bilmәdәn, kökünü araşdırmadan qәrar vermәk, münasibәt bildirmәmәk mәslәhәtdi.
Bu hadisәdә çox böyük ehtimal ki, hәmin «dәlәduz polis» mәsәlәni qızışdırmaq istәyib. Nәticәdә mәmur oğlu «sәlahiyyәtlәrindәn» istifadә edib, «genәlib», ara qarışıb…
Nәysә, mәnimlә bağlı hadisәnin sonu isә belә oldu ki, bu dәlәduz polisi necәsә aradan çıxartdılar. Gecә saat üçdә evdәn çağırtdırdığı yaşlı atasını yarıyoldan geri qaytardılar (Zәng vurub, atasına demişdi ki, gәl bölmәyә, mәni vurublar, yaralıyam, әrizә yaz). Bölmәnin hәyәtindәki YPX maşınları da anidәn yoxa çıxmışdı. Ortada yalnız mәn, dostum vә ayıq sürücü, bir dә rәislә әmәliyyatçılar qalmışdı.
Rәisin «İndi neylәyәk?» sualına, dedim, bu iş mәhkәmәlikdir yәqin, mәn hazıram…
Qısası, mәni çox çәk-çevirdәn sonra sәhәr 6 — nın yarısında buraxdılar. Dostumun maşının sәnәdlәrini vermirdilәr. Birtәhәr, hansısa yolla onu aldı onlardan. Dedilәr ki, bu haqda heç nә yazmayın, demәyin.
Ancaq mәqamı gәldi, yazdım…
Qanun ali olmayanda, vәtәndaş qanunlardan, yaxud ibtidai vәtәndaş haqlarından xәbәrsiz olanda başına oyun açıla bilәr. Ümumiyyәtlә, polis gәrәk qanun әsasında davransın. Vәtәndaşı provakasiyaya çәkәn polisә inkişaf elәmiş ölkәlәrdә vәzifәsindәn azadetmә vә hәbs cәzası verilir."