Yol polisindən sürücüyə biabırçı sual; maşındakı xanım kimdir?

Sumqayıt şəhər sakini Elnarə Məhərrəmova Avtosfer.az saytına müraciət edərək Dövlət Yol Polisi əməkdaşlarının qanunsuz və qeyri-etik hərəkətlərindən şikayət edib. Onun sözlərinə görə, oktyabrın 13-də Gürcüstandan Azərbaycana qayıdıb. Gecə saat 3-də Bakıdakı Beynəlxalq Avtovağzaldan taksiyə minərək Sumqayıt şəhərinə gedərkən yolda DYP əməkdaşları onun olduğu avtomobili saxlayıblar: «Taksi sürücüsü qardaşımın dostudur. Məni evə aparmaq üçün gəlmişdi. Biz maşına minib Avtovağzaldan çıxan kimi körpünün altında 10 YP 489 dövlət nömrə nişanı DYP avtomobili maşını saxlatdırdı. Yol polislərindən biri yaxınlaşıb sürücüdən sənədləri istədi. O da sənədləri yol polisinə verdi. Polis əməkdaşı sənədlərə baxıb geri qaytardı və biz yolumuza davam etdik. Avtovağzalın içindən qalxanda - Binəqədi yazılan yerdə həmin DYP maşını bizim maşını yenidən saxlatdırdı. Bu dəfə əlində nəsə var idi, sürücüyə yaxınlaşdırıb dedi ki, «bura fuu elə». Sürücü də üfürdü. Yol polisi baxıb gördü ki, sürücü sərxoş deyil, çıxıb getdi. Biz də yolumuza davam elədik. Heç 100 metr getməmişdik, yenə həmin DYP maşını bizi saxlatdırdı. Bu dəfə də həmin polis əməkdaşı gəlib sürücüdən yenə sənədləri istədi. Amma bu dəfə heç sənədlərə baxmadı. Maşının salonuna boylana-boylana sürücüdən soruşdu ki, maşındakı xanım kimdir? Mən artıq dözə bilmədim. 10 dəqiqə ərzində eyni DYP maşını bizi 3 dəfə saxlatdırıb, heç bir qayda pozuntusu yoxdur. İndi də sürücüdən məni soruşur. Belə özbaşınalıq olar? Mən onlara nə lazımdırsa hamısını dedim, sonra da Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verdim. İnanıram ki, həmin polisləri aşkar edib cəzalandıracaqlar. Maşın 90-lıq yolda 80-lə gedirdi, arxa şüşəyə 100 faizlik plyonkaya icazə verilir, bu maşında isə 75 faizlikdir. Sürücü təhlükəsizlik kəmərini də taxmışdı. Heç bir qayda pozuntusu olmaya-olmaya eyni DYP əməkdaşının bir maşını 3 dəfə saxlatdırması nə dərəcədə doğrudur? Adətən yollarda sürücülərin özbaşınalığını görürdük, indi yol polisləri özbaşınalıq edirlər».
Elnarə Məhərrəmova bildirib ki, həmin polisləri görsə tanıyacaq. O, həmin polisləri maraqlı şəkildə belə təsvir edib: «Bizi saxlayan yol polislərindən biri bığlı, yekəqarın kişi idi. Yanındakı isə cavan oğlan idi. Maşından düşüb dedim, gecə vaxtı camaatla məzələnirsiniz? Başqa işiniz yoxdur? Bu nə özbaşınalıqdır? Dedim, şikayət edəcəm və etdim. Yol polisləri maşına minib qaçdılar».
Əgər Elnarə Məhərrəmovanın göstərdiyi xüsusiyyətlər həqiqətdirsə, DYP əməkdaşlarının özbaşınalığından və yol verdikləri qanun pozuntusundan danışa bilərik. Çünki 10 dəqiqə ərzində eyni maşını 3 dəfə saxlamaq və axırda da maşındakı xanımla maraqlanmaq həmin DYP əməkdaşlarının öz işlərinin məsuliyyətindən xəbərsiz olduğunu göstərir.
Elməddin Muradlı
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi










