Yol polisindən sürücüyə qarşı kobudluq: «Silotka, cücə» - VİDEO

Sosial şəbəkələrdə paylaşılan videoda daha bir yol polisi əməkdaşının özbaşınalığı əks olunub. Avtosfer.az-ın məlumatına görə, avtomobili saxlayan yol polisi əməkdaşı onu cərimə meydançasına aparır. Maraqlısı budur ki, polis əməkdaşı maşını cərimə meydançasına aparmaq üçün özü sükan arxasına keçir. Sürücünü isə maşında əyləşdirir. Sürücü polis əməkdaşının bu hərəkətini telefonla çəkir. Maşını idarə edə-edə telefonla danışan polis əməkdaşı sürücünün onu lentə aldığını görür və telefonu ondan alır. Bu zaman sürücü ilə polis əməkdaşı arasında başlanan mübahisə onlar maşından düşdükdən sonra da davam edir. Polis əməkdaşı telefonunu istəyən sürücüyə “gördün, maşını sürə-sürə telefonu əlindən necə aldım? Malış, cücə, silotka canın var, ağıllı ol» deyir.
Maraqlıdır, sükan arxasında mobil telefondan istifadə etməyin qadağan olunduğunu bilən yol polisi başqalarına bu cür nümuna göstərir. Xidməti avtomobildə olsaydı, başa düşmək olardı, yol polisi xidmət aparır və telefonla danışır. Amma başqasının avtomobilində oturub maşını hansısa qayda pozuntusuna görə cərimə meydançasına apararkən telefondan istifadə etmək düzgün deyil. Əgər bu telefon danışığı xidmətlə bağlı olsaydı, həmin polisi başa düşmək olardı. Amma danışıqdan da aydın olur ki, DYP əməkdaşı evini təmir etdirir və ustalara telefonla göstəriş verir. Telefonla çəkildiyini görəndən sonra yol polisinin sürücüyə qarşı göstərdiyi münasibət, danışıq tərzi isə dövlət məmurunun danışıq tərzini yox, küçədə bir-biri ilə mübahisə edən intizamsız insanların danışığını xatırlıdır.
Qeyd edək ki, bu video Azərbaycan – Azerbaijan adlı facebook qrupunda yayılıb.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












