Yol polisindən taksi sürücülərinə ŞAD XƏBƏR

Dünən Avtosfer.az-a müraciət edən oxuculardan biri bildirmişdi ki, taksi sürücülərinə lisenziya olmadığına görə yol polisi tərəfindən cərimə yazılır. Hansı ki, sərnişindaşıma ilə məşğul olanlara lisenziyanın verilməsi səlahiyyəti bir neçə gün əvvəl Prezident İlham Əliyevin imzaladığı fərmanla Nəqliyyat Nazirliyindən alınaraq «ASAN Xidmət»ə verilib. Hazırda isə «ASAN Xidmət» lisenziya vermək üçün proseduru hazırlayır və bununla bağlı Prezidentin fərmanında 3 ay müddət nəzərdə tutulub. Bu müddət ərzində hansısa taksi sürücüyə heç bir qurumdan lisenziya ala bilmirsə, yol polisi nədən cərimə yazmalıdır?
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirdi ki, ölkə başçısının məlum fərmanından bu günədək hələ ki, lisenziyanın olmamasına görə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan heç bir sürücü inzibati məsuliyyətə cəlb edilməyib: «Bu prosedurun tamamlanması ilə bağlı üç ay vaxt verilib. Taksi fəaliyyəti ilə məşğul olanlara bildirmək istəyirik ki, yalnız prosedurlar müəyyən ediləndən sonra lisensiyasız fəaliyyət göstərənlərə və ya lisenziya şərtlərini pozan sürücülərə qarşı inzibati tədbir görüləcək. Bu müddətə qədər isə sadəcə olaraq həmin sürücülərə məsləhət verilir ki, qaydalar təsdiqləndikdən sonra lisenziya alsınlar. Əks halda, onları cərimə gözləyəcək».
Kamran Əliyevin sözlərinə görə, yol polisi konkret olaraq hansısa sürücünü lisenziyasız sərnişindaşıma ilə məşğul olduğuna görə cərimə etməyib: «Ola bilər ki, taksi sürücüsü hansısa qayda pozuntusuna yol verir və yol polisi əməkdaşı da onu saxlayır. Sürücü barəsində tədbir görülən zaman vizual olaraq taksi fəaliyyəti ilə məşğul oması məlum olarsa, o zaman sadəcə yeni qaydalar barədə həmin sürücüyə məlumat verilir və prosedur qaydaları müəyyənləşdirildikdən sonra lisenziya almaq üçün müraciət etməsi tövsiyyə olunur. Bu gün sürücülərin «yol polisi bizdən lisenziya tələb edir və buna görə bizi cərimələyir» deməsi yanlışdır. Yol polisi onlara sadəcə olaraq qaydaları izah edir ki, qanun çərçivəsində fəaliyyət göstərsinlər».
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












