Yol polisindən valideynlərə xəbərdarlıq - VİDEO

Birincilər və valideynlər artıq "Bilik günü"nə tam hazırdırlar. Məktəblərin ətrafında baş verə biləcək istənilən xoşagəlməz halların qarşısını almaq məqsədilə Baş Dövlət Yol Polisi (BDYP) valideynlərə xəbərdarlıq edib. Bu il 141 min 166 nəfər birinci sinfə gedəcək. Onların əksəriyyəti yəni 74 min 998 nəfəri oğlandır. İlk dərs günündə azyaşlıları çox vaxt valideynlər məktəbə aparır. Xüsusilə yüzlərlə valideynin şəxsi maşınları ilə məktəblərə üz tutması yollarda tıxaclara səbəb olur. Buna görə də Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə xəbərdarlıq etdi. BDYPİ-nin şöbə rəisi Kamran Əliyev bildirib kİ, valideynlər ilk dərs günündə şəxsi avtomobillərindən az istifadə etsinlər. Çünki bir maşının məktəb qarşısında hətta bir dəqiqə dayanması belə tıxaclara səbəb olur. Yeni dərs ilinin başlaması ilə əlaqədar DİN-nin rəhbərliyinin göstərişi ilə ölkə ərazisində “Diqqət, uşaqlar” adı altında hərəkətin təhlükəsizliyi aylığı da keçirilir. Bu məqsədlə məktəblərin qarşısındakı yollarda piyadaların keçidi üçün xəbərdaredici xətlər çəkilir və yol nişanları qoyulur. Həmçinin ilk dərs günündə DYP əməkdaşları xüsusilə ibtidai siniflərdə “Yol hərəkəti qaydaları” haqqında açıq dərslər keçəcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












