Yol polisindən xəbərdarlıq; bu yollar iki gün bağlı olacaq

“Baku World Challenge 2014” avtomobil yarışları ilə əlaqədar Bakının cənub girişində-“20-ci sahə” dairəsindən “Azneft”ə qədər nəqliyyatın hərəkəti dayandırılıb. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, bu istiqamətdən paytaxta gələn sürücülər alternativ yolla Badamdar qəsəbəsindən və ya Xocahəsən yolu ilə dairəvi yoldan Tbilisi prospektinə çıxmalıdırlar. "Bakı-Ələt yolunun14-cü kilometrliyindən Sədərək və ya Binə ticarət mərkəzləri, yaxud Lökbatan qəsəbəsi istiqamətinə hərəkət edərək 3-cü kənar dairəvi yoldan və ya Xocasən yolundan keçməklə istənilən istiqamətlər üzrə hərəkət etməlidir", - deyə Vaqif Əsədov bildirib.
Yol polisi vətəndaşlardan mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi məsləhət bilir: "Mümkün qədər vətəndaşlar ictimai nəqliyyatdan az istifadə etsinlər".
Qeyd edək ki, “Baku World Challenge 2014” avtomobil yarışları noyabrın 1-2-də keçiriləcək.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












