Yol polisindən xəbərdarlıq: Cəzalandıracağıq

Azərbaycan yol polisi yeni tədris ilinin başlanması ilə bağlı sürücülərə müraciət edib. Avtosfer.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, sentyabrın 15-də ali və orta məktəblərdə 2014-2015-cü tədris ilinin başlanması ilə əlaqədar həm yollarda, xüsusilə də paytaxt Bakının küçələrində nəqliyyatın hərəkət intensivliyinin daha da artacağı gözlənilir. Azərbaycan yol polisi tövsiyə edir ki, valideynlər avtomobillərini məktəbyanı ərazilərdə, yolun hərəkət hissəsində, qadağan olunmuş yerlərdə saxlamasınlar. Onların bu əməli nəqliyyatın hərəkətinə maneələrin və son nəticədə isə yersiz tıxacların yaranmasına səbəb olur. Məlumata görə, təhsil müəssisələrinin qarşısında yol nişanlarının tələblərini pozan sürücülərə qarşı sərt cəza tədbirləri görüləcək.
Məlumatda qeyd edilib ki, ali və orta təshil müəssilərinin ətrafında hərəkət intensivliyi olan ərazilərdə müayinə aparılıb və aşkar edilən çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılıb.
Qeyd edək ki, Azərbaycanda yeni dərs ili sentyabrın 15-də başlayacaq.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












