Yol polisindən “Xırdalan postunda”kı əməliyyata REAKSİYA - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi “Xırdalan postunda” aparılan əməliyyatlara münasibət bildirib. Avtosfer.az xəbər verir ki, İdarənin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Avtolent.az-nın sorğusuna cavabında qeyd edib ki, ölkə ərazisində baş verən yol nəqliyyat hadisələrinin sayını minimuma endirilməsi, həmçinin yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində yol polisi mütəmadi iş aparır. Həyata keçirilən yoxlamaların məqsədi sərxoş sürücülərin müəyyən edilməsi, axtarışda olan nəqliyyat vasitələrinin müəyyənləşdirilməsi və.s məsələlərlə bağlıdır.
Yol polisi bütün respublika ərazisində o cümlədən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın girişindəki Ekologiyaya Nəzarət Yol Patrul Bölüyünün stasionar postunda fevralın 8-də reyd həyata keçirilib. Reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən 3 sürücü saxlanılıb və onların barəsində müvafiq tədbir görülüb.
Qeyd edək ki, bir neçə gündür Baş Dövlət Yol Polisi İdarəsi “Xırdalan postu” kimi tanınan Ekologiya Postunda əməliyyat keçirir. Hadisə şahidlərinin Avtolent.az-a verdiyi məlumata görə, əməliyyatlar əsasən gecə saat 00.00-dan sonra başlayır və bir neçə saat davam edir. Əməliyyat zamanı Bakı şəhərinə daxil olan bütün avtomobillər bir-bir yoxlanılır. Bunun nəticəsində paytaxtın girişində böyük tıxac müşahidə edilir.
Hadisə şahidləri əməliyyat zamanı çəkilmiş video görüntüləri də təqdim ediblər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












