Yol polisinə dərs keçən sürücü – VİDEO

Rusiyada da yol polislərinin müxtəlif nöqsanlara yol verməsi hallarını əks etdirən videolar sosial şəbəkələrdə yayılmaqdadır. Avtosfer.az-ın məlumatına görə, bu kadrlarda yol polisi əməkdaşlarının yolun hərəkət hissəsində qəsdən süni maneə yaratmasının sürücünü qəzəbləndirdiyi əksini tapır. Belə ki, yolun hərəkət hissəsindəki maneəni görən sürücü əsəbi halda mahını saxlayaraq yol polislərinin üstünə yeriyir. Əlindəki kamera ilə onları sorğu-sual edən sürücüyə dəqiq cavab verə bilməyən yol polisləri həm aradan çıxmağa, həm də bəhanələr uydurmağa çalışırlar. Lakin sürücü onlara sübut edir ki, bu maneə dərhal aradan qaldırılmalıdır. Çünki qəza şəraiiti yaradır.
Yeri gəlmişkən, Azərbaycanda da bəzən yol polisi əməkdaşları bilərəkdən və ya bilməyərəkdən sürücülərə təhlükə yaradırlar. Məsələn, yol patrul xidməti avtomobillərində xüsusi səs siqnallarından və sayrışan işıqlardan istifadə etmədən yolun hərəkət hissəsində təhlükəli manevrlər edirlər. Saray postunda bəzən yol polisləri çıxıb yolun elə yerində dayanırlar ki, öz həyatlarına və sürücülərə təhlükə yaradırlar. Deyəsən, bir gün bizim yol polislərinin də belə videosu yayılacaq.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














