Yol polisinə sənəd əvəzinə telefon verənlər - VİDEO

ANS televiziyasında yayımlanan «Qulp» proqramında yol polisi ilə sürücü arasında «dosta zəng» mövzusuna dair səhnəcik hazırlanıb. Nə qədər vaxt keçsə də, bu mövzu həmişə gündəmdədir. Bu gün yol polisləri tərəfindən müxtəlif qayda pozuntularına görə saxlanılan 10 sürücüdən 8-i mütləq kiməsə zəng edir. Zəng etdiyi şəxsin xahişindən və ya tapşırığından sonra sürücü ya canını tam qurtarır, ya da bir qədər yüngül şəkildə cəzalandırılır.
Yəqin ki, belə hallarla üzləşməyən tək-tük sürücü tapılar. Əksəriyyət nə vaxtsa kiməsə zəng edərək yol polisindən xilas olmaq üçün kömək istəyib.
Yeri gəlmişkən, zaman-zaman eşidirik ki, yol polislərinin sürücüdən telefon alıb kimlərləsə danışması rəsmən qadağan edilib. Amma bir müddət sonra köhnə adət yenidən qüvvəyə minir. Bəlkə də, bu da zamanın bir tələbidir. Bəlkə də, mental xüsusiyyətlərimizdən irəli gələn məsələdir. Hər halda, bir məqama diqqət yetirmək lazımdır ki, DYP əməkdaşları əksər vaxtlarda yalnız yüngül qayda pozuntularına görə sürücünün «dosta zəngindən» sonra cərimə yazmırlar. Amma məsələn, svetoforun qırmızı işığından keçdikdə, qəza şəraiti yaratdıqda, xüsusən də, sərxoş vəziyyətdə sükan arxasında yaxalındaqda vəziyyət qəlizləşir. Hətta, sərxoş sürücüyə görə DYP əməkdaşları bir-birindən çox nadir hallarda xahiş edirlər ki, bu da saxlanılan sürücü həmin şəxsin çox yaxın adamı olanda baş verir...
Avtosfer.az «dosta zəng» mövzusunda əsas məqamları əks etdirən həmin videonu təqdim edir.
Elməddin
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...











