Yol polisini "07" ilə vurdular - Bakıda

Ötən gecə paytaxtda polisin "Saxla" əmrinə tabe olmayan sürücü, avtomobili ilə yol polisini vurub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı 23 yaşlı Azad Babaşzadə xidməti vəzifəsini yerinə yetirən zaman "VAZ 2107" markalı avtomobilin sürücüsünə "Saxla" əmri verib. Əmrə tabe olmayan sürücü avtomobili yol polis əməkdaşının üstünə sürüb. Polis əməkdaşını avtomobili ilə vuran sürücü hadisə yerindən qaçıb. Xəsarətlər alan Azad Babaşzadə xəstəxanaya yol patrul avtomobili ilə gətirilib. Müayinə zamanı həkimlər onda çoxsaylı xəsarətlər müəyyən ediblər. Həkim İlham Qəmbərovun verdiyi məlumata görə, xəstə ikinci dərəcəli travmatik diaqnozu ilə qəbul edilib: "Müvafiq yoxlamalardan keçib. Hal-hazırda reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti stabildir".
Polisdən verilən məlumata görə, hadisə yerindən qaçan "VAZ 2107" markalı avtomobilin yeri və sürücüsü müəyyən edilib. Sürücü saxlanılıb, avtomobili isə cərimə meydançasına aparılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












